Yeni yazılar üçün çağırış!

Gün ərzində çoxumuz bir neçə məkandan istifadə edirik. Bu məkanlardan bəzilərini gündəlik əsasda (ev, təhsil məkanı, iş yeri, küçə, ictimai məkan və s.) , digərlərinə isə müəyyən funksiyaları yerinə yetirmək üçün gedirik(park, xəstəxana, konsert zalı və s.).  Bu məkanlarda yaşanılan təcrübələrə baxsaq cəmiyyətdəki gender strukturları və sosial vəziyyət haqqında hansı nəticələrə gəlmək olar? Məkan cins əsaslı ayrımın başlanğıç nöqtəsidir mi? Və yaxud bu ayrımın cəmiyyət içində möhkəmləşməsinə bilavasitə xidmət edir mi? Bu suallardan irəli gələrək məkan və gender haqqında düşünən yazarlardan yazı təkliflərini qəbul edirik. Əsas maraqlandığımız mövzular bunlardır:

  • nəqliyyat və şəhərsalma siyasətinin feminist nəzəriyyə perspektivindən təhlili
  • Şəhər (urban) təhlükəsizliyini yaradan və pozan gümanlar və bunun fərqli genderlərin gündəlik həyatına təsiri
  • Yerli vəziyyətin təhlili əsasında, dünyada baş verən proseslərə baxış və əksinə qlobal tendensiyalar əsasında yerli problemlərin/vəziyyətin təhlili
  • Ictimai məkanlarda çalışanların hüquqlarının araşdırması
  • Ev, iş yeri, təhsil məkanı kimi gündəlik istifadə məkanlarında baş verən gender ayrımının və qısnanmanın təhlili
  • Şəhərin və məkanın genderləşdirilmiş kimliyi
  • Gender-neytral ictimai tualetlər müzakirəsinin təhlili və lokal kontekstdən baxış

Əgər hər hansı bir mövzunun daha geniş açıqlaması sizi maraqlandırırsa editor.femiskop@gmail.com– a yaza bilərsiniz. Yazının tələbləri ilə burdan tanış ola bilərsiniz. Yazı təkliflərinizi 10 noyabra qədər bizim email-ə göndərin. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *