YAYOİ KUSAMANIN MİSTİK SƏNƏTİNƏ SƏYAHƏT

Sərgilər açılsa da, səyyahət etmək hələ də o qədər asanlaşmayıb. Zatən bir sərgiyə görə durub Berlinə getmək ümumiyyətcə böyük bir lyuksdur. Lakin pandemiya vəziyyətinin gətirdiyi yeni ənənəyə əsasən bir çox beynəlxalq sərgi və tədbirlər hibrid formada keçirilərək daha geniş kütləyə çata bilirlər. Gropius Bau Berlində keçirilən Yayoi Kusamanın retrospektivinə,sərginin dijital versiyası vasitəsiylə müasir incəsənətin ən mühim fiqurlarından birinin işlərinə səyyahət etməyə icazə verir. Sizi bu sərgiyə kurator Nərgiz Məmmədli ilə birgə virtual səyahət etməyə dəvət edirik.

Nərgiz Məmmədli vizual sənət tədqiqatçısıdır. Magistr pilləsində Paris III Sorbonne-Nouvelle Universitetinin Vizual elm və Kinoşunaslıq ixtisasından məzun olmuşdur.  Tədqiqat sahələri video art axını, moskva konseptualizmi və İran kino sənətidir. 

Nərgiz həm də bir müddət öncə Yayoi Kusamanın Amerikan Dramı məqaləsini Femiskop üçün yazmışdır :

“Patriarxal rejimin çöküşünü həm ölkə olaraq, həm də öz ailəsi vasitəsiylə yaşayan Yayoi daha liberal və azadlıqlar diyarına, Amerikaya gedir. O burada heç nəyin təsvir edildiyi kimi olmadığı və bir daha qadın olduğu üçün yaratdığı şah əsərlərin daim ikinci dərəcəli olacağını başa düşür. Yalnız qarşılaşdığı çətinliklər özünü və sənətini şübhə altına qoymaq üçün bir səbəb deyil. Həm özünün yaşadığı millət və gender, həm də LGBT-nin yaşadıqları ayrıseçkiliyi işiqlandırmaq üçün o, əsərlərinin də ortaq ideyası olan, insanları, cinsi, milli və sosial fərqliliklərini bir kənara buraxaraq bəşəriyyətin bir parçası olduqlarını görməyə səsləyir.”  
Sərgidə gəzinti həm bu məqalə, həm Yayoi Kusamanın işlərinə və pandemiya dövründə incəsənətin nə demək olduğuna baxmaq üçün yaxşı bir şansdır. Sevimli içkinizi alın əlinizə, rahat bir oturacağa yaslanın və bizimlə birgə sənətdən zövq alın.

Tədbir 3 avqust, 19:00-da zoomda olacaq və bizə bu link üzərindən qoşula bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *