Tədqiqat sahəniz həm də sizin eviniz olarsa: Mərkəzi Asiyadakı feminist subyektivliklərinin təqdimatı

Tədqiqat sahəniz sizin eviniz, ” döyüş sahəniz”  və qazanc mənbəyiniz olduqda nə baş verir? Bu yeni seriya Mərkəzi Asiya alimlərinin qlobal bilik iqtisadiyyatındakı təcrübəsini araşdırır.

Mərkəzi Asiyada gender, cinsiyyət və bədən problemləri ilə bağlı araşdırma, tədris və siyasi əlaqələrin reallığı nələrdir? Bu bölgədə necə işləyirik, yaşayırıq və xəyal edirik? Bu suallar, biz, Mərkəzi Asiyada yaşayan və işləyən qadın alimlər araşdırmalarımızı, fəallığımızı və ictimai fəallığımızı əhatə edən bir müzakirə içərisində verdiyimiz suallardır. 

Müəlliflər – aktivistlər, sənətçilər və tədqiqatçılar olan işsizlik, maliyyələşdirmə azaldılması, siyasi və iqtisadi geriləmə haqqında data toplanması dövründə bölgədə qarşılaşdığımız struktur və institusional problemləri araşdırmaq istəyən Mərkəzi Asiyaqadınlarıdır. Bu məqalə Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin (CESS) 2018-ci ilin oktyabr ayında keçirilən”İntervention (Müdaxilə)” adlı illik konfransında meydana gəldi.

Mərkəzi Asiyadan olan feminist yazıçısı Gülya Maksat, adətən tədqiqat “subyektləri” kimi çərçivələnən müxtəlif güc strukturlarını sual edir. Bu cür yanaşma, adətən, ölkəyə sadəcə tədqiqat predmeti kimi baxan xarici araşdırmaçılara deyil,  “tədqiqat sahəsi” öz ölkəsi və evi olan yerli aktivistlərə xasdır.. Əslində, bu “subyektlərin” bəziləri tədqiqat görüşləri üçün onlarla dəvətnamə alırlar, lakin qarşılığında heç nə baş vermir. Son akademik nəşrlərə gəldikdə isə, yerli fəalların fikirləri və səsləri nadir hallarda fiksəolunur, ən yaxşı halda “daha böyük arqumentlər” üçün əsas təşkil edir. Şəxsi təcrübələrdən məlumatların toplanması prosesi onların özlərini ‘istifadə olunmuş’ kimi hiss etmələrinə səbəb olur. 

Yerli bir fəal olaraq Maksat özü 15 il şəxsiyyətdən istifadə və intellektual təcavüzləqarşılaşıb. Xarici tədqiqatçılar onu sualları cavablandıran roluna salaraq, düşüncələrini öz intellektual əməyi kimi istifadə ediblər. Müxtəlif vətəndaş cəmiyyətləri,idarəedicilər və maliyyələşdiricilər, cəmiyyətin vəziyyəti və planlı həyata keçirilən sosial ədalət işləribarədə fikirlərini aktivistlərə tətbiq edərək, onlardan indikator kimi yararlanıblar.

Mərkəzi Asiya qadınları özləri regiondakı gender və intellektual subyektivlikləri müzakirə etmək istəyir. Bu məqalələr müəlliflərin eyni zamanda, həm yerli olma təcrübəsindən, həm də müstəmləkə mirası nəticəsində yaranmış “özgəninkiləşdirilməsi” problemlərindən qaynaqlanır.

Öncə Mərkəzi Asiya qadın alimlərinin mövqe və görüşləri ilə bağlı “böyük sualları” müzakirə etdik. Bu müzakirələr  vasitəsilə başa düşdük ki, adətən bu məsələlər Qərbdəki ümumi akademik müzakirə diskursundan kənarda qalır və öz sahələrində bu dərin problemləri açıq şəkildə müzakirə etməkdən imtina ictimai utancla əlaqələndirilir. 

Elena Kim açılış nitqində vurğuladığı kimi, bu məqalə silsiləsi Sara Əhmədin feminist düşüncə tərzini əks etdirir.ilik istehsalının iyerarxiyalaşması nəticəsindəı qeyri-Qərb tədqiqat sahələri periferik və yalnız müəyyən data-nı əldə etmək üçün məkan olaraq görülür.

Sara Əhməd feminist tənqidi olaraq şikayət etmək imkanın olmasını və  istər tədqiqatçı, istər fəal, istər məsləhətçilər, jurnalistlər, siyasətçilər və ya ictimai fikir formalaşdıran simaların mövqeyinin danışılmasının zəruru olduğuna inanır.

Mərkəzi Asiya tədqiqatlarının genişlənməsi fonunda yerli qadın tədqiqatçılarının rolu və yeri haradadır? Əgər müəllifin tədqiqat sahəsi onun evidirsə, təşkilatıdırsa, “döyüş bölgə”sidirsə, qazanc mənbəyidirsə və  son olaraq, onun tədqiqat sahəsi özüdürsə, öz istəkləri, öz bədəni, qavrayışları, təcrübələri və düşüncələridirsə?

Bu məqalələr müəlliflərin eyni vaxtda həm “yerli” olma təcrübəsindən, həm də dil və bilik istehsalı iyerarxiyaları kimi müstəmləkə mirasları nəticəsi olan “özgəninkiləşdirilməsindən” irəli gəlir. Nəticə etibarı ilə, bir çox yerli alimlər üstünlük təşkil edən ingilis və rus dillərindən başqa yerli dillərdə – özbək, qazax, qırğız, tacik və s.yayımlanmasını seçdikləri zaman səslərinin eşidiləcəklərinə əmin deyillər.

Akademik səviyyədə və vətəndaş cəmiyyətində şəxsi biliklərdən sui-istifadəni, tədqiqat əməyinin özgəninkiləşdirilməsini, intellektual təcavüz və mənimsəməni, institusional istismar və struktural mövqeləri müzakirə edirik. Ancaq bunu etməkdə məqsəd qurban obrazı deyil, hərəkat qurmaqdır. Qurban obrazından imtina edirik: səslərimiz aktivdir və yaşadığımız kontekstdən kənarda yazılmış etiketlərə, stereotiplərə və çərçivələrə qarşı davamlıdır. Çoxsaylı məhdudiyyətlər, çərçivələr və sistem bərabərsizliyini əks etdirmək qabiliyyətimiz bu  məhdudiyyətlərə qarşı mübarizə aparan fəal kimi  elmi düşüncələrimizi formalaşdırmağa imkan verir.

Bu, həm də digərlərinə  alimlərə, tədqiqatçılara, fəallara, yazıçılara, artistlərə səslənən “tədqiqat sahəsi” daxilində və xaricində intellektual subyektivlik mövzusunda araşdırmaya çağırışdır.

Elena Kim bu seriya məqalələri xarici tədqiqat komandasında tədqiqatları nəşr etmək təcrübəsinə fikirlərini bildirməklə başlayır. Söhbət istismardan – Qərbin bilik istehsal sistemində adətən “yad” alimləri utandıran açıq olmayan bərabərsizlik sistemindən gedir. Kimin öz fikirlərini əks etdirməsi utanmağı dayandırmaq və şikayət etməyə başlamaq üçün güclü bir manifest təqdim edir. “Şikayət etmək “təmsilçiliyini təsdiqləmək” formasıdır”- deyə, Kim qeyd edir. Bu, həm də daha çox, gücün və ictimai görüntü yaratmağın kollektiv təsdiqləmə formasıdır və bu ilkin nəşrin əldə etməyi istədiyi məqsəddir.

Bənzər bir formada Syinat Sultanalieva Mərkəzi Asiyada güc və bilik istehsal şəbəkələrini sual altına alır. “Ən nüfuzlu kitab mükafatlarını qazanan yerli səslər hardadır? Qərb mövqelərini yerli dillərdə yazan müəlliflər hanı? ” -deyə, soruşur. Mərkəzi Asiya davamlı olaraq öz akademik mətnlərini və çox sayda ali təhsilli alim istehsal edir. Sultanəliyeva  xaricdə aparılan tədqiqatlarda Mərkəzi Asiya xalqlarına geri dəyər verməyin vacibliyi məsələsinə toxunur. İkitərəfli kommunikasiya quraraq bölgədəki struktur bərabərsizliyin, inhisarçı  hasilat və istehsalın nəticəsi olan orientalist düşüncə və streotipləşdirmədən necə çəkinə bilərik?

Dövlətbegim Mamadşoeva bir tədqiqatçının respondentlərə faydalı olacağı üsulları necə tapacağını soruşmaq üçün feminist tədqiqatçılara müraciət edir. Tədqiqatçı və respondent arasındakı müsahibə parametrlərində mikro səviyyədə güc dinamikasının vacibliyinə toxunur. “Feminizm ‘bizə qurtuluş təqdim edə bilərmi’, subyektivliyimizi və tanınmağımızı ifadə etmək üçün imkan yarada bilərmi?” deyə soruşur. Müəllif yerli qadın alimlərin yerli və xarici ölkələrdə eyni dərəcədə günahlandırılmasının səbəbinin yerli sakinlərin nəzərində həddindən artıq xarici olduqları və “Qərb nəzəri və metodoloji” çərçivəsindən çox uzaq olduğuna dair sualları ünvanlayır.

Daha sonra Mohira Suyarkulova tədqiqat sahəsinin “eviniz (ölkəniz)” olduqda, sonra bu sahə tədqiqat üçün “döyüş məkanına”, qazanc yeri və aktivizm fəaliyyətinə çevrildikdə nələrin baş verməsi haqqında müzakirələr açır. Mərkəzi Asiya alimləri “bilik istehsalının qlobal siyasi iqtisadiyyatı” nda yerli olmaqlarından faydalanırlarmı? Yerli cəmiyyətlərə töhfə vermək zərurətini dərindən hiss edən, eyni zamanda, yerli olmayan bilik sisteminin qaydalarına riayət etmək məcburiyyətində qalan “sahədən” biri kimi bu mürəkkəb mövqedə olmağın hansı əngəlləri var?

Sonda, Zanar Sekerbayeva müstəmləkə prizmasından Rusiya və Mərkəzi Asiya bilik istehsal sistemlərinin  iyerarxik şəkildə tənzimlənməsinə diqqət yetirir. Öz təcrübəsinə əsaslanaraq, Sekerbayeva dil əsaslı tabeçiliyin, iyerarxiyanın, bölgülərin, eləcə də, müstəmləkə və müstəmləkəçilərin bilik istehsalındakı bərabərsizliyin və istismar olunanların müstəmləkəçiyə çatmaq cəhdlərini açmağa çalışır. O öz yazılarındamüstəmləkə keçmişi, indiki və davam edən postsovet, post-müstəmləkə, dekolonial dəyişikliklər və fərqli bir gələcək haqqında daha çox tənqidi dekolonial fikirlər  təklif edir.

Bu silsilə esselər yerli Mərkəzi Asiya biliklərinin dekolonializasiyası ilə bağlı geniş müzakirə müstəvisində atılan ilkaddımlardır. Ümid edirik ki, bizim məlumat xarakterli yazımız  və tənqidi təhlilimiz sayəsində oxucular öz təcrübələrini xatırlayacaq və Mərkəzi Asiyada bilik istehsalı haqqında tənqidi düşünə biləcəklər.

Bu, digər düşüncə müəlliflərinə – alimlərə, tədqiqatçılara, aktivistlərə, yazıçılara, sənət adamlarına “sahə” daxilində və xaricində intellektual subyektivlik mövzusunda araşdırma aparmağa bir  çağırışdır.

Məqalə Open Democracy saytından mənbə olaraq tərcümə olunmuşdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *