“Qadınlar sadəcə siyasətlə maraqlanmırlar” (c)

Lucy Wallwork

Dünən “Equals Baku” komandası olaraq dostlarımızla “niyə siyasi qərarvermə prosesində qadınlar daha çox iştirak etmir?”  sualı ətrafında “qızğın müzakirələrimiz” oldu. Bunun səbəbi dostlarımızın “Qadınlar sadəcə siyasətlə maraqlanmırlar” deməsi oldu.

Bu mövzu haqqında aparılan araşdırmaların (daha çox qərb fokuslu) bəzi təklifləri var:

  1. İş və ailənin iki-qat yükü qadınlar üçün siyasi arenada iştirak etməyi çox daha çətin və mürəkkəb edir 
  2. Qadınlar arasında yayğın olan neqativ özünü-dərketmə və özünə-şübhə fenomenləri. Psixoloqlar müəyyən etmişdirlər ki, valideyinlər qızlarına dörd dəfə daha çox “ehtiyyatlı olmalarını”, oğlanlara isə daha çox cəsarətli, möhkəm olmaları və risk almaları söyləyirlər. 
  3. Şəhzadə xanım ya superqəhrəman?: Marketing mütəxəssisləri də gender streotiplərini daha da  güclədirirlər. Ağ atlı şəhzadəsini gözləyən şəhzadə xanımlar özlərini daha  az millət vəkili  kimi görürlər, nəinki super-qəhrəman rol modelləri ilə böyümüş oğlanlar. 
  4. Siyasətdə qadın rol modellərinin olmaması vəziyyəti bir az da gəlizləşdirir. Uşaqlıqdan qızların beynində müəyyən “qadın peşələri” stereotipi formalaşır.
  5. Klinton və “mənfur qadın” (“Nasty Woman”) effekti: “ kişilər adətən onların maskulin kimliklərinə təhlükə kimi gördükləri şeylərə olduqca güclü əks reaksiya verirlər”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *