Qadın ciblərinin tarixi

Qadınların həyatda üzləşdiyi çətinliklərdən biri də normal ölçüdə cibləri olan geyim tapmağın demək olar ki mümkün olmamasıdır. Tarix boyu nəyə görə ciblərimiz bu qədər kiçikdir sualı bütün qadınları narahat edib. İlk baxışdan sadə görünən bu məsələnin reallıqda kifayət qədər siyasi səbəbləri var və ciblər tarix boyu qadınların azadlıqlarını əldə etmək uğrunda apardığı mübarizənin göstəricisi olmuşdur. Ciblər paltarlarımızda mövcud olan şəxsi məkanlardır və bu şəxsi məkanların ölçüsünü kiçildib qadınların əşyalarını daşıya biləcəyi sahəni məhdudlaşdırmaqla, həmçinin onların ictimai məkanda rahat hərəkət etməsini, təkbaşına səyahət etməsini və bu kimi digər faəliyyətləri məhdudlaşdırır. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *