Dizayn iqlim dəyişikliyi ilə mübarizədə hansı rolu oynaya bilər? Yoxsa dizayn ancaq kapitalist və istehlakçı iqtisadiyyatın məhsuludur? Düzdü, kapitalizmin bizə hər gün satdığı əşyaları cəlb edici etmək üçün dizaynerlər xeyli baş sındırırlar. Ancaq dizayn yalnız bununla məhdudlaşmır- sosial hərəkatlar, yardım kampaniyaları və servis xidməti çox geniş şəkildə dizayndan istifadə edir. Sosial dizaynla məşğul olmağın çətinlikləri və xoş tərəfləri haqqında Müjganla danışdıq.

Extinction Rebellion (tər. Məhvolma Qiyamı)- iqlim dəyişikliyinə qarşı, sosial və ekoloji kollapsın qarşısını almağa çalışan qlobal hərəkatdır. Podkastda istifadə olunan “power to the people”- “insanlara güc verilsin”; və “-what do we want? -global justice! -when do we want it? -now!” – “biz nə istəyirik?- qlobal ədalət! -nə vaxt istəyirik?-indi!” səs yazıları MQ-nin protestlərindəki şüarlardır.

Musiqi: Outflow

1 Comment

  1. Faydali məlumat üçün çox sağ olun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *