Koronavirus qlobal pandemiya olaraq struktural sosial və iqtisadi dəyişikliklər yaratmağa davam edir və bu dəyişikliklərin uzun müddətli nəticələri haqqında danışmaq nə qədər maraqlı olsa da bir o qədər qəliz və spekulativdir. Bilinən və görünən bir şey var ki, bu virusun bizim gündəlik həyatımız üzərində də böyük təsiri var, və bəzi insanlar və qruplar üçün kifayət qədər təhlükəli vəziyyət yaradır.

Bu məqsədlə aprelin 25-i Femiskop komandası baş verənlərə feminist perspektivindən baxıb, öz təcrübəsi üzərindən şərh edərək vebinar keçirdi. Vebinarda pandemiyanın gender təsirlərindən, ev işi yükü, zorakılıq, iqtisadi bərabərlik və ictimai miflərdən danışdıq. Podkastda vebinarın bəzi hissələrini dinləyə biləcəksiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *