8 mart Beynəlxalq qadınlar günüdür. Bu gün bir çox qadın hüquqları hərəkatına təkan verir və tezliklə ABŞ, Almaniya, Danimarkadan digər ölkələrə yayılır. 8 mart Nyu-Yorkda tikiş fabrikində həyatının itirmiş işçi qadınların şərəfinə seçilir və bu günün ideaya müəllifi Klara Zetkin 1924-cü il Azərbaycana səfər edir. Bəs niyə görə biz 8 martı gül, çiçək və oyuncaq hədiyyələrlə assosiasiya edirik?

Günün əsas siyasi, iqtisadi və sosial önəmini xatırlamaqla doğru çağırışlar etmək üçün 8 mart əla fürsətdir. Bu günün hüquqi aspektləri barədəNicat Məmmədbəyli, dizayn və kommunikasiyanı Müjgan Abdulzadə və hal-hazırda icra olunan fəaliyyətlər və boşluqlar barədə isə Günel Mehdiyeva ilə söhbət etdik.

3 Comments

  1. İlaşka çox sağol bu podkastı hazırladığına görə. Bu podkastı radioda yayımlasalar çox faydalı olar məncə. ASAN radio bəlkə razı olar? Musiqi və arxa fondakı etiraz səsləri də çox əla bir qatqıydı!
    p.s. “Bildiyimiz kimi” ifadəsi bu məzmuna uyğun deyil məncə. Azərbaycanda bir çox insanlar və tələbələr də yazılarında bu ifadəni hər bir məzmunda istifadə edir, lakin təhlil etmir. Bilidiyimiz kimi deyəndə siz kiminsə nəyisə bildiyini bilməyərək iddia edirsiz. Unutmayaq ki, qarşımızdakı və yaxud dinləyici bu məlumatı bilməyə də bilər, ona görə “bildiyimiz kimi” ümümləşdirici səslənir və digərin bildikləri ilə üst üstə düşməyə bilər.

  2. Ilahə, podkasta görə çox sağ ol! Yeganə sualım gender-neutral termininə aiddir. Yəgin ki, onu Günel cavablandırmalıdı. Gender neutral daha pozitiv mənanda istifadə olunduğunu düşünürdüm (Məsəl üçün, dilimiz gender neytraldır, gender neytral tualetlər). Gender neytral deyənd gender kriteriyasının nəzərə alınmaması kimi də istifadə edirlər?

    1. Author

      Şərhinə görə təşəkkür. Gender-neytal mətn və ya proqram yəni gender məsələlərinə dair tədbirlər nəzərdə tutmayan, bu aspekti nəzərə almayan və həssaslığı olmayan mətn və proqram deməkdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *