Koronavirusu Femiskoplayaq

25 Aprel saat 18:00-da vebinar üzərindən bizim müzakirəyə qoşulun! Bu keçiddən qeydiyyatdan keçəndən sonra qoşulmaq üçün detallar email ünvanınıza gələcək. Koronavirus qlobal pandemiya olaraq struktural sosial və iqtisadi dəyişikliklər yaratmağa davam edir və bu dəyişikliklərin uzun müddətli nəticələri haqqında danışmaq nə qədər maraqlı olsa da bir o qədər gəliz və spekulativdir. Bilinən və görünən bir şey var ki bu virusun bizim gündəlik həyatımız üzərində də böyük təsiri var. Karantin şəraiti və bir çox iş fəaliyyətinin dayandırılması bəzi insanlar və qruplar üçün kifayyət qədər təhlükəli vəziyyət yaradır. Biz Femiskop komandası/ Həyasız Kadınlar olaraq, baş verənlərə feminist perspektivdən baxıb, öz təcrübəmiz üzərindən şərh vermək qərərına gəldik. Bunu etmək üçün onlayn məkandan istifadə edərək dörd fərqli mövzu üzərinə fikirlərimizi bölüşüb qısa bir müzakirə edəcəyik. Müzakirə olunacaq aspektlər bunlardır:
-qlobal iqtisadiyyatda və işçi güvvəsində qadınların pandemiya vaxtı rolu
-evin dominant diskursda istehlak məkanından istehsal məkanına çevrilməsi və bunun feminist hərəkat üçün anlamı
-virusun demokratik xarakteri
-evdə zorakılıq və kömək mexanizmləri
-pandemiya vaxtı fərqli ölkələrdə zorakılıqdan qorumaq üçün təklif olunan həll üsülları.

Webinar formatında olacaq bu görüşdə həm də öz fəaliyyətimiz və yeni çap olunmuş fanzinimizdən danışacağıq. Korona vaxtı dünyada zorakılıq qurbanların üzləşdiyi hallardan daha yaxşı xəbərdar olmaq üçün bu infoqrafiklərə baxa bilərsiniz.

1 Comment

  1. Mövzu mənimçün çox maraqlıdır, səbirsizliklə gözləyirəm vebinarı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *