Feminizm haqqında az-çox nəsə eşitmisinizsə, bu o deməkdir ki, siz eyni zamanda kişilərə imtiyazlar verib qadınları sosial təzyiqlər altında tutan patriarxiya haqqında da xəbərdarsınız. Patriarxiya, institutlaşmış kişi imtiyazlarının adekvat ifadəsidir. 

Artıq feminizm ancaq kişi imtiyazları ilə mübarizə aparmır. Feminizm insanların üzləşdiyi fərqli imtiyazlar və dominant dinamikalarla mübarizə aparır. İlk dəfə 1989-cu ildə Kimberle Crenshaw-ın irəli sürdüyü interseksional feminizm, irq, cins, dil, sosial sinif, orientasiya, fiziki məhdudiyyət və mədəniyyətlərə söykənərək insanlara imtiyazlar verən ictimai qaydaları hədəf götürür. 

İnterseksionalist feminizm basqının, özünü müxtəlif formalarda göstərəcəyini iddia edir. Bir şəxs ancaq dominize edilən yaxud imtiyazlı deyil, kimliklərimizin fərqli tərəfləri bizi eyni anda həm imtiyazlı, həm də dominize edilmiş təyin edə bilər. 

Məsələn kimsə natrans*, arıq və ağ dərili olduğu üçün imtiyazlı pozisiyada olduğu halda queer, fiziki məhdudiyyətli və qadın olduğu üçün əzilən, basqı görən tərəf ola bilər. Buna görə də nüfuza, imtiyazlara sahib olmağı hər aspektdən ələ alıb qarışıq ictimai qaydaları izah edə bilmək üçün hansısa terminin olmağı zəruridir. 

Kiyararxiya  termin olaraq bunun üçün doğru seçimdir, çünki interseksionalist feminizmlə eyni düz xəttdədir və bəzən problemləri hər aspektdən ifadə edə bilməyən patriarxiya sözü qədər problemli deyil.

Kiyararxiya 101

Kiyararxiya termini birinci dəfə Elisabeth Schussler Fiorenza-ın 2001-ci ildə nəşr edilən kitabında istifadə edilir və onun terminlər siyahısındaki izahı bu cürdür:

“Neologizmdir… Latınca tərcümədən “lord” ya da “ağa” mənasında işlənən (kyrios) və “hökm etmək, dominant olmaq” mənasına gələn (archein) sözlərindən meydana gətirilib və məqsədi dominantlığın, hökm etməyin bir-birilə olan əlaqəsinə söykənərək patriarxiyanı yenidən ifadə etməkdir. Kiyararxiyanın yaxşı bacardığı odur ki, o, dominizasiyanın, tabe etmənin, idarə etmənin və basqı qurmağın uzlaşan sosial strukturlarını piramidada sistemləşdirir”.

Başqa sözlə kiyerarxiya, uzlaşan iqtidar mexanizmlərini bir yerdə tutan sosial sistemdir.  Fiorenza kitabında yazır:

Patriarxiyanın nəzəri gücü sual altına alınır çünki məsələn, qara dərili kişilərin ağ qadın və kişilər üzərində imtiyazları yoxdur. Bu, dəqiq belədir. 

Nümünəni genişləndirərək belə bir misala baxa bilərik.   Ağ, natrans, heteroseksual, fiziki məhdudiyyəti olmayan qadın və qara dərili, trans, panseksual, fiziki məhdudiyyəti olan kişini qarşılaşdıranda patriarxiyaya görə qadın əzilən, kişi isə imtiyazlıdır. Təbii ki, qadın, bir qadın kimi basqılara məruz buraxılır və kişi də bəzi kişi imtiyazlarından istifadə edə bilər. Lakin məsələ bu qədər sadə deyil.  

Yuxarıdaki nümunədə kişinin qadın üzərində hansısa kontrolu ( yaxud iqtisadi, sosial və ya siyasi imtiyazı) olmazdı. Başqa heç bir faktoru nəzərə almadan sadəcə olaraq kişi basqın, qadının basqıya məruz buraxıldığını iddia etmək fərdlərin kimliklərinin və digər xüsusiyətlərini görməzdən gəlməkdir. Bəzi məlum səbəblərə görə kişilərin imtiyazları tamamilə görməzdən gəlinməlidir yaxud buna oxşar nəsə etmək lazımdır demirəm. Nəzərdə tutduğum, fərdin kişi kimi imtiyazlarından istifadə etməyinin yolu digər dinamika və kimlikləriylə də əlaqəlidir.

İnterseksionalist Feminizm Üçün Kiyeararxiya Niyə Praktikdir?

Hökm etmək ancaq imtiyazlarla əlaqəli deyil. Nəzəri və sistematik əzilməkdir. 

Gender təməlli hökmranlıq, məsələn, təkcə kiminsə “qadınların yeganə yeri mətbəxdir” zarafatı etməyi deyil. Qadınların təhsilə, iş bazarına, bərabər əmək haqqına, doğuşla bağlı haqqı olan xidmətlərə və hüquq qarşısında bərabər olmağına yüz illərdir qoyulan maneələrdir. 

Qadınların üzləşdiyi gender təməlli zorakılıqdır. Qadınların media, təhsil sistemi, siyasətçilər, qanunlar və reklamçılar tərəfindən gücsüz, hədsiz emosional, cinsi istəksiz, məntiqsiz və səthi təmsil edilməyidir. Bu, qurumlar tərəfindən bütün cinslərin məcburi standartlaşdırılmasıdır. Cəmiyyətdə bir cinsi üstün, digərlərini isə ikinci cins kimi kodlaşdırılmasıdır. Qadınların ictimai, siyasi və iqtisadi perspektivdən basqı altında tutulmasıdır. 

 Dominantlıq pərakəndə hadisələrdən ibarət deyil. Birdən çox hadisənin, vərdişin, mədəniyyətin və adət-ənənənəyə aid qrupun digərinə öz üstünlüyünü zorla qəbul etdirməyidir. 

Effektiv dominizasiyaya qarşı hərəkətlər, dominizasiyanın sistematik olduğunu qəbul edir. Bu hərəkətlər dominizasiyanın ancaq radikal və bütöv dəyişikliklə aradan qaldırılacağını nəzərə alırlar. 

Buna görə də sistematikləşmiş hökmranlığa bir ad verməliyik. Feministlər sistematikləşmiş seksizmə “patriarxiya” deyir. Mainstream feminizm isə qeyri-bərabərliklə ənənəvi çərçivələrdə maraqlanır. İnterseksionalist feminizm isə qeyri-bərabərliyin hər növü ilə maraqlanır. Kiyararxiya termini isə interseksionalist feminizmlə daha çox əlaqəli olduğu üçün istifadə edilmişdir. 

  1. Mövcud dominizasiyanın gender təməlli olmadığını qəbul edir. 

Ancaq seksizmlə mübarizə aparmaqla bərabərlik əldə edə bilmərik. Qeyri-bərabərlik nə seksizmlə başlayır, nə də bununla qurtarır. Onda niyə ancaq seksizmlə mübarizə aparan sistemi qəbul edək ki?

Təkcə sistematikləşmiş seksizmlə mübarizə aparan patriarxiyanın əksinə, kiyeararxiya bütün qeyri-bərabərlik növləri ilə mübarizə aparır. 

Həqiqi və inkluziv bərabərlik əldə etmək üçün bütün insanların qarşılaşdığı sistematik dominizasiya ilə mübarizə aparmalıyıq. 

2. Fərdin sistem içində eyni vaxtda həm qazanc əldə edə biləcəyini, həm də təzyiqə məruz qala biləcəyi ilə razılaşır.

Mən qadın olduğum üçün təzyiqə məruz qalıram. Ancaq ağ dərili olduğum üçün imtiyazlı pozisiyadayam. Həm imtiyazlıyam, həm də təzyiq altındayam; başqasını dominizasiya edərkən eyni anda özümün məruz buraxıldığım dominizasiyalarla mübarizə aparmağım mümkündür. 

Kiyararxiyanın varlığı, eyni anda həm imtiyazlı, həm də təzyiq altında ola biləcəyimiz mənasına gəlir. Fərqli təzyiq yolları olduğu üçün bizə digər tərəfdən başqa təzyiqlər olduğu halda hazırda sadəcə biriylə mübarizə apardığımızı xatırladır. Bu xüsusilə, bəzən transları, ikili cinsiyyətli (binary) sisteminin xaricində olanları, interseks və poliseksualları kənarlaşdıran mainstream homoseksual haqları hərəkatları üçün keçərlidir. Mənim ölkəmdəki homoseksual haqları aktivizminin tarixində ağ olmayanları və daha kasıb insanların izolyasiyası var. Buna əlavə olaraq mainstream feminizm də transları və ağ olmayan qadınları izolyasiya edir.  Hər iki halda da hərəkat bir qrup insanın üstündəki təzyiqlə mübarizə apararkən digər qrupları yumşaq desəm, göz görə-görə avtobusun altına atır. Bu da bir hərəkatın bir təzyiqlə mübarizə apararkən eyni anda təzyiq göstərən tərəf də ola biləcəyini göstərir. 

Hansısa qrup dominizasiyanın bir formasına qarşı çıxdığı halda imtiyazlarından istifadə edərək başqalarını əzə bilər. Eyni anda həm zərər görən, həm də zərər verən ola bilərik. İnterseksuallıq bizə dominizasiyanın tək formasıyla mübarizə etməyin kifayət etmədiyini göstərir. 

Qeyri-bərabərliyin öhdəsindən gəlmək üçün maksimum inkluziv olmalıyıq. Buna görə də sistematik təzyiqin ancaq bir forması olan patriarxiya ilə yox, bütün formalarıyla, yəni kiyerarxiya ilə mübarizə aparmalıyıq.

3. Özünün dominantlıq edilməsinə baxmayaraq niyə başqalarına təzyiq göstərdiyinin səbəbini izah edir.

Kiyararxiyada heç kim nə ancaq zorba, nə də ancaq zərər görəndir. 

Yuxarıda da izah edildiyi kimi, çox adam həm zorba, həm də zərər görəndir – bir çox başqa qrupdaki insanlar üstündə dominant olan üzvlər olur. Həm imtiyazlı olmağı, həm də təzyiqin nə olduğunu bilən bir çox insan onları təzyiq altında saxlayan strukturlara etiraz etmək istəmir. Çünki onlar bilir ki, bu strukturlara müqavimət göstərmək eyni zamanda başqalarının üstündəki öz imtiyazlarını sorğulamaq – bəlkə də itirmək – deməkdir. Lisa Factora – Borchers belə qeyd edir: 

“Kiyararxiya haqqında məlumatlandıqca aydın olur ki, problem ancaq varlı, ağ, xristiyan kişilər deyil – şəxsən bunlar mənim üçün də ən təhlükəli hesab etdiyim deyil. Piramidanın bir neçə qat daha aşağı pillələrində, piramidanı aşırtmaq yerinə daha çox mövcud pozisiyasını qorumaqda maraqlı olan çox insan var.”

Bunlar kasıblara dövlətin dəstək olmağına etiraz edən, çox işlədilən alt-orta sinifdir. İkili cinsiyyət sistemi içində olan, heteroseksual, feminizmin bir addım arxasında duran, feminist hərəkatın ancaq kuir (queer) və ikili cinsiyyət sisteminin xaricində olan qadınlar üçün olduğunu hesab edən qadınlardır. Adı istəyir acgözlük olsun, istəyir sağ qalmaq məsələsi, insanlar onları alçaldan sistem ilə həmrəy olmağa maraqlıdır.

4. Özünü qadın yaxud kişi kimi təqdim edən şəxsləri silmir. 

Patriarxiyanın cinsiyyət haqqındaki təsəvvürləri olduqca limitlidir. O, bir nəfər kişidirsə onun bu səbəbə görə imtiyazlı, qadındırsa, təzyiq altında olduğunu iddia edir. 

Bəli, kişilərin qadınlar üstündə sistematik imtiyazlarının olduğu dəqiqdir. Bəs, özünü bu iki cinsiyyətdən biri olaraq təqdim etməyənlər nə olacaq? Patriarxiya qavramı, natrans qadınların özünü non-binary (cinsiyyətsiz) kimi təqdim edənlərə nisbətən daha imtiyazlı olduğu reallığını nəzərə almır. Bununla belə natransların imtiyazlı olduğunu desə də, həmçinin insanların sahib olduğu imtiyazların çox çeşidli olduğunu da nəzərə alır. 

5. İqtidarların bir-biriylə əlaqəli olduğunu qəbul edir

Patriarxal rejim, ancaq gender haqqında danışanda keçərli ola bilər. Məsələn, müəyyən mədəniyyətdən danışanda keçərlidir. Yəni, Keyptaunlu, orta sinif, ağ mədəniyyətin patriarxal olduğunu irəli sürə bilərəm çünki kişilərin qadınlar üstündəki üstünlüyü olduqca aydındır. Ancaq strukturlaşmış iqtidarın digər tərəflərini nəzərə almadan gender haqqında danışmaq bir az səthi olar. Gender qeyri-bərabərliyini tək ələ almaq, məsələni reallıqdan qoparmaq olar. Elə bu səbəbdən də kiyararxiya terminini istifadə etmək daha effektivdir çünki bizdən digər iqtidar formalarını nəzərə almağımızı tələb edir. 

Keyptaunlu, ağ, orta sinif nümunəmə qayıtsaq bunun elitist, irqçi mədəniyyətdən yaxud heteroseksist və cisseksist olduğunu gözardı etmək mənim üçün absurd olardı. Bu iqtidarları gözardı etmək ağ olmayanları, queer-ləri, transları və yoxsulları gözardı etmək olardı. Həm də ki, bir şəxs hansısa cinsiyyətə məxsus olmaqdan daha çoxudur. Təcrübələrimiz bütün kimliklərimiz vasitəsilə meydana gəlir ancaq hamısı eyni anda baş vermir. Bir qadın kimi yaşadığım təzyiqi, bir queer kimi yaşadığım təzyiqdən fərqləndirmirəm.

Kiyararxiya, iqtidarları digərlərilə əlaqəli şəkildə müzakirə və təhlil etməyimiz üçün bizə imkan yaradır. Patriarxiya termininin istifadəsi hələ də praktik olmağına baxmayaraq kiyararxiya qavramı insterseksionalist feminizm ilə daha vəhdətlidir.

*natrans – cis. Əvvəllər heteroseksualların trans olmadığını vurğulamaq üçün “natrans” istifadə edilirdi, günümüzdə isə bu söz “cis” ilə ifadə edilir. Səbəbi isə transların üzərindən vurğunu götürməkdir. 

Mənbə: https://everydayfeminism.com/2014/04/kyriarchy-101/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *