Kapitalizm dünyasında feminizmi yenidən yazanlar

“99% Üçün Feminizim: Manifest”-i liberal feminizmin gender ayrı-seçkiliyinə səbəb olan oturuşmuş bərabərsizlik sistemini həll edə bilmədiyini iddia edir. Bəs növbədə nə var?

The Nation jurnalının Noyabr buraxılışında yazıçı Mari Uyehara Facebookun icraçı direktoru Şeril Sandberqin kitabının “səhvən yaxşılığa yozulduğunu” iddia edir. Bu yeni kitaba əsasən fasadı dağılan yalnız Sandberq deyil. “99% Üçün Feminizim: Manifest”-inin müəllifləri Cinzia Arruzza, Tithi Bhattacharya və Nancy Fraser iddia edir ki, karyerist və individualist yanaşmayla qadınların kişilərlə bərabərliyini təşviq edən liberal feminizm zəifləyib. Bu üç müəllif qadın Hillari Klintonun 2016-cı ildəki məğlubiyyətini “oyanış” zəngi kimi qiymətləndirir və bu oyanış liberal feminizmin qadınlara ötürdüyü mesajlardaki boşluqlara diqqət çəkir. Bu mesajlara əsasən 1% gəlirdə olan qadınların karyera irəliləyişinin bütün qadınlar üçün faydalı olduğu, feminizmin son hədəfinin əsasını “səlahiyyət verməyin” təşkil etdiyini və bir qrup olaraq qadınların vəziyyətini yaxşılaşdırır. Halbuki Arruzza, Bhattacharya və Fraserə görə bərabərsizlik və gender əsaslı ayrı seçkiliyin artmasının səbəbi kapitalizmdir. 

“Sandberq və onun tərəfdarları feminizmi kapitalizmin cariyəsi kimi görür” deyərək müəlliflər davam edir: “İş yerlərindəki istismar ilə idarə etmə vəzifəsinin hakim sinfin kişilər və qadınları tərəfindən bərabər şəkildə bölüşdürüldüyü dünya istəyir. Bu cür istək isə  fürsət bərabərliyi illuziyası yaradır”.

Bəziləri “She-E-Os” alt paltarlarını, üstündə feminist mesajlar yazılan parça çantaları və üstündə  “Gələcək Qadındır” yazılan köynəkləri mübarizə üsulu kimi effektiv hesab etməsə də, Arruzza, Bhattacharya və Freyzer bu gedişatın yeni perspektiv formalaşdırmaq üçün fürsət ola biləcəyini hesab edir: anti-kapitalizmə söykənən yeni feminizm imkanı. Bu üç nəfər 2017-ci ildə “99% Üçün Feminizm” haqqında fikir mübadiləsi etməyə başlayır, digər beş feminist aktivist isə onlara Beynəlxalq Qadınlar Tətilini planlaşdırmaq üçün kömək edir. Bu tətili keçirməkdə məqsədləri isə kapitalizm tərəfindən koordinasiya edilən feminizmi “yenidən siyasiləşdirmək” və “yenidən canlandırmaq” idi.

İndi müəlliflər 2017-ci ildə əkdikləri toxumları heç kəsin geridə buraxılmadığı anti-kapitalist, intersektional feminizm üçün yetişdirir. Arruzza və  Bhattacharya bu barədə Broadly-ə ətraflı fikirlərini bildirib.

BROADLY: Siz bir neçə il öncə, 2017-ci ildə Beynəlxalq Qadınlar Günü Yürüşünü təşkil etdiyinizdən bəri “99% Üçün Feminizm”-i formalaşdırmağa başlamısınız.  Müasir feminizmi müəyyənləşdirmək üçün bu vaxtın doğru vaxt olduğuna nəyə əsasən qərar verdiniz?

CINZIA ARRUZA: Biz tarixi anın başlanğıcında olduğumuzu – dünya üçün yeni feminist yolun potensialını hiss edirdik. Hal-hazırda mövcud feminizm qadınları rütbə artırmaq və şüşə tavanı dağıtmaq üçün təşviq edir. Bu isə bizim düşündüyümüz feminizm deyil. Biz kapitalizmin qadınların həyatına göstərdiyi təsirləri, həmçinin kapitalizmin zorbalığını göstərən və nəzərə alan feminizm istəyirik. 

TITHI BHATTACHARYA: Şərtlərin niyə məhz o dövrdə doğru olduğunu hesab etməyimizin səbəbi isə həmin vaxt neoliberal kapitalizmin üzləşdiyi böhranla, 2008-ci ildəki maaliyə böhranı ilə əlaqəli idi. Şüşə tavanın qırılması- qadınların bir faizinin səlahiyətləndirilməsi bütün qadınların uğuru kimi təqdim olunurdu. Biz qadınlara səlahiyət verilməsini istəyirik, lakin bizim istədiyimiz bəzi qadınların icraçı direktor olub digər qadınlara qarşı zorakılığa görə cavabdeh hesab edildiyi səlahiyət növü deyil.

BROADLY: Bir faizlik gücləndirmə feminizmi və ya feminizm haqqında danışarkən, tez-tez kitabda iddia etdiyiniz mübahisəli liberal feminizm haqqında danışırıq. Liberal feminizmin fasadındakı çatları necə görməyə başladınız?

TB: Hillari Klintonun seçki dövrü liberal feminizmin mütləq iflasını nümayiş etdirən məqam idi. O, Wall Street, müharibə və Amerika kapitalizminin uğur qazanmasınin yolları üçün lobbiçilik edirdi və bu onun əsas mesajı idi. 2016-cı ildəki seçkidə isə Trumpın qalibiyəti yerinə Hillari Klintonun mübarizədə məğlub olduğunu söyləyə bilərik. Neo-liberalizm dövrünün işçi sinfi və icmalarına ləyaqətlə yaşamağa imkan verən təsisatlara və infrastrukturlara edilən hücumlarla yadda qaldığını görürdük və bu hücumlardan daha çox təsirlənən işçi sinfindən olan qadınlar idi. Buna baxmayaraq neoliberal feministlərin işçi sinfinin mübarizəsini və onların mübarizə əsnasında ödədiyi bədəlləri ya görməzdən gəldiyini ya da neoliberal özəlləşdirmənin dəstəkləyicisi olduğunu görürdük.

CA: Liberal feminizmin legitimliyinin böhranı, yürüşü mübarizə forması kimi qəbul edən gənc qadınlar tərəfindən sürətləndi.

BROADLY:  2017-ci il Beynəlxalq Qadınlar Tətilinin başlandığı dövrdə, müzakirə və narahatlıqlar nələrin feminizmin problemi olub olmadığı haqqında idi.  Bəziləri çox məsələni əhatə etməyin hərəkatı sarsıtacağından qorxurdu.”99% Üçün Feminizm”-in feminist və ya “qadın” mövzularını necə yenidən təyin edəcəyi barədə danışa bilərsinizmi?

TB: Liberal feminizm abortu feminist məsələlərindən biri halına gətirdi. Sağçı fanatiklərin və neofaşistlərin qadın bədəninə hücum etdiyi dünyada, liberal feministlər abortun hamı üçün əlçatan olacağını söyləyirsə, bu, əladır. Lakin bu, liberal feminizm üçün son nöqtə, bizim üçün isə bu başlanğıc nöqtəsidir. Belə ki, qadınların böyük əksəriyəti üçün abort əlçatan deyilsə və çox bahalıdırsa, onda necə? Bu məsələlər də abort mövzusuna daxildir. 

CA: Hansı feminizm qadınların abort hüquqlarını və qadınların azadlığını tələb etməyinə baxmayaraq ölkəsinin digər ölkədəki qadınları bombalamasına etiraz etmir və ya sərhəd divarları qoyur? Bəs miqrant qadınların istintaq təcridxanalarında təcavüzə məruz buraxılması necə? Əgər qadınların azadlığını istəyiriksə, bu məsələlər barədə danışmaqdan çəkinməməliyik. Bu problemləri ayırmaq üçün hansısa yolumuz, lüksümüz yoxdur. 

Borderly: Bu yeni feminizmin  “kimlik siyasəti” və “sinif siyasəti” arasındakı qatı və bölücü müxalifətin öhdəsindən necə gələcəyindən danışırsınız. Bu, ələxsus 2020-ci ildəki Demokratik əsas yarışın ətrafındakı siyasi mübahisəni nəzərə aldıqda ciddi görünür. Bu ayrılığa hansı amillər səbəb olur və bu yeni feminizm onu ​​aradan qaldırmaq gücünə sahibdirmi?

CA: “Kimlik siyasəti” termini diqqəti azadlıq uğrundaki mübarizəmizdə birlikdə çalışmaq üçün təzyiq formalarımızın fərqliliyinə cəlb etmək məqsədi daşıyırdı. Lakin termin fərqli istiqamət aldı ​​və sinif mövzusundan ayrıldı, bu da insanları kimlikləri haqqında statik düşünməyə səbəb oldu və nəticədə isə mübarizədə ittifaqda olmağı qeyri-mümkün hala gətirir.

TB: Bu problemlərdən bəziləri bizim tərəfdən – soldan, bəziləri neoliberal tərəfdən qaynaqlanır. Solda geniş yayılmış bir fərziyyə var ki, sinif işçi sinfinin birləşdiyi yerdir, təzyiq isə işçi sinfində bölünmələri yaradır. Həqiqət isə budur ki, sinif tamamilə müxtəlif yollarla bölünür. Əmək bazarında işçilər arasındaki rəqabət irqi, cinsi və gender mövzusunda aydın bölgülər yaradıb. Bizi ayıran, bölən kapitalizmdir, amma bu bölgü,  solun şuursuzca qurtulmağa çalışdığı problem kimi qəbul edilməməlidir. Hamımız işçi sinfində birləşməmişik və birlik iş və həmrəylik sayəsində əldə ediləcək nailiyyətdir. Yəni, birlik öncədən mövcud olmur.

TB: Mən son seçki maniası haqqında çox danışmaq istəməzdim – lakin əgər mövzu açıldısa o zaman kimlik siyasətinin neo-liberallaşmasının bariz nümunəsi olan Kamala Harrisi nümunə göstərmək olar. Müxtəlif irqə aid qadınların namizədliklərinin olması çox yaxşı haldır, lakin onun namizədliyi individualların səlahiyyətlərinin artırılmasına dair deyil. 

O, Kaliforniyada məktəbdəki davamiyəti pozulan uşaqların valideynlərini – az təminatlı “rəngli” ailələri – cəzalandırmağın tərəfdarıdır. Bu, içi hər hansı bir sinif məzmunundan tamamilə boşaldılmış kimlik siyasətidir.

Borderly: Çağdaş feminizmlə bağlı söhbətlər qızğınlaşdıqca, bu fikirlərin hamısını “feminist manifestdə” toplamağın çətinliyi nədir?

TB: Bizdən əvvəl ortaya çıxan manifestin sələflərini – Marks və Engelsi nəzərə alanda manifest yazmaq bizim üçün həqiqətən çətin idi. Bu, üzərimizə çox böyük bir kölgə salırdı. Gücü iki mənbədən aldıq: Dünyamız XIX əsrdən, Marksın Kommunist Manifestini yazdığı vaxtdan bəri çox dəyişib. Yeni bir feminist dalğanı kəşf etmək əvəzinə – indi baş verənlərin potensialını anlamağa və onu göstərməyə çalışdıq – bu nə edə bilər və indiki dövrdə nə deməkdir? Feministlərin yeni nəsli bu kitabın dünya üçün izahat verdiyini hiss edirsə, kitab çox böyük bir uğurdur.


Müsahibə vice.com saytından mənbə olaraq tərcümə olunmuşdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *