“İqlim Dəyişikliyi, Urban Planlaşdırma və İqtisadi İnkişaf siyasətlərində gender bərabərliyinin inteqrasiyasını dəstəkləmək üçün praktiki bələdçi”sinin təqdimatı

Sizi Femiskopun hazırladığı İqlim Dəyişikliyi, Urban Planlaşdırma  və İqtisadi İnkişaf siyasətlərində gender bərabərliyinin inteqrasiyasını dəstəkləmək üçün praktiki bələdçi-sinin təqdimatına dəvət edirik.

İqlim dəyişikliyi, urban planlaşdırma və dayanıqlı iqtisadi inkişaf bu gün dünyanın üzləşdiyi ən mühüm çağırışlardır. Məlumdur ki, bu problemlərin hər birinin görünən və görünməyən gender təsirləri var. Məsələn, iqlim dəyişikliyi ilə əlaqəli təbii fəlakətlərdən qadın ölümlərinin sayı kişilərə nisbətən daha yüksəkdir; iqlimin yaratdığı daşqınlar və quraqlıqlar qadınların yoxsulluğunu, ödənişsiz ev və qayğı işləri yükünü artırır. Bu səbəbdən də, siyasət və layihələrin tərtibatında, icra və qiymətləndirilməsində gender inteqrasiyası üçün bələdçinin olması önəmlidir.

Bu bələdçi Femiskop kollektivi tərəfindən USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.

Tədbirdə müzakirə olunacaq aspektlər bunlardır: 

  • İqlim Dəyişikliyi, Urban Planlaşdırma  və İqtisadi İnkişaf siyasətlərində gender bərabərliyinin inteqrasiyasını dəstəkləmək üçün praktiki bələdçinin hazırlanma prosesi, istifadə olunan mənbələr və istifadə qaydası (Femiskop komandası);
  • Məişət zorakılığından zərərçəkənlər üçün bələdçinin hazırlanması və əsas istifadə hədəfi (Vəfa Rüstəm);
  • Açıq müzakirə: Sual /  Cavab.

Webinar formatında olacaq tədbir 28 sentyabr 13.00 – 14.00 da Azərbaycan dilində keçiriləcək. Bu Zoom linkdən qoşula bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *