İqlim dəyişikliyi kimə təsir edir?

Qlobal iqlim böhranının təsirlərini hər kəs hiss etsə də, bu böhranın yaratdığı fəsadlarla hər kəs eyni dərəcədə üzləşmir. Bütün dünya üzrə qadınlar dəyişkən hava şəraitinin yaratdığı çətinliklərin yükünü qeyri-bərabər şəkildə üzərilərinə götürürlər.

Cənubi Afrikanın 9 ölkəsi üzrə hazırda 12 milyon insan quraqlıq, siklonlar, və daşqınlar səbəbindən ağır qida çatışmazlığı problemi yaşayır. Bu vəziyyətdə kişilərə nisbətdə daha çox yoxsulluq şəraiti altında yaşamalı olan qadınlar, məhsul istehsalında sayca üstünlük təşkil etmələrinə baxmayaraq torpaq mülkiyyətinə sahib ola bilmirlər və eyni zamanda evdə xəstə ailə üzvlərinin qayğısını çəkmək məsuliyyətini daşımalıdır. İqlim böhranı həm də təhlükəsizlik və qorunma hüquqlarının pozulmasına səbəb olur. Bu hal özlüyündə qadınlar və qızlara qarşı zorakılıq riskini artıran problematik və təhlükəli gender normalarının güclənməsinə gətirib çıxarır.

Mənbə: The New Humanitarian

Leave a Reply

Your email address will not be published. Required fields are marked *