Gizli analar

Fotoqrafiyanın yarandığı 1840-cı illərdən 1920-ci illərə qədər, rəsm əsərlərinin daha sürətli və daha ucuz fotoşəkillərlə əvəz olunduğu bir dövrdə orta sinifin nümayəndələri yeni texnologiyadan istifadə edərək övladlarının ölümsüzləşdirilməsini istəyirdilər. Oynaq körpələr rəssamlar üçün faydalı məşğələ olsa da, fotoqraflar üçün çətin bir sınağa çevrilmişdilər. Yaş kollodiona şəkillərin çəkilməsi 30 saniyə aldığından körpələrin ən azından bu müddət ərzində donuq qalması mütləq idi. Həll yolu olaraq körpələrin diqqətini yayındırmamaq üçün, analar qaranlıq və ya divar kağızına uyğunlaşdırılmış çiçəkli örtüklərdə kamuflyaj edilərək və mebelin bir hissəsinə çevrilmişdilər. Nəticələr qəribə və tük ürpərdicidir. Hansı perspektivdən baxdığınızdan asılı olaraq, uşaqları bir növü “udan” parçalardan ürkə, və ya qadın haqqlarının tamami ilə mövcud olmadığı bir dövrdə onları görünməz hala gətirən əbanın geyindirilməsindən şoka düşə bilərsiniz.

Mənbə: Works That Work

Leave a Reply

Your email address will not be published. Required fields are marked *