Gələcək Qadındır

Hər bir fontun özünəməxsus daşıdığı xarakteri və istifadə məqsədi var. Font əsasən yaratmaq istədiyiniz ünsiyyət tonununa uyğun olaraq seçilir. Məsələn serif fontları ənənə, kübarlıq, formal hissi, san-serif fontlar isə müasirlik, humanizm, neytrallıq kimi hissləri yaratmaq məqsədilə istifadə edilir. Təbii ki, fontlar təkcə bu iki əsas qrupa aid olmaqla kifayətlənmir. 

Ancaq təəssüf ki, fontların kateqoriyalaşmasında dildə istifadə olunan bəzi seksist ifadələrin tətbiqini zaman-zaman görmək olur. Məsələn əl yazma fontları zərif, eleqant kimi sifətlərlə assosiasiya olunub “qadın” fontları, daha dolğun hərflərdən ibarət və müasirlik aşılayan san-serif və bu kimi siniflərdən olan fontlar isə “kişi” fontu kimi təsvir edilir (bax: Visual Composer).

“Future is female” fontu eksperimental şəkildə yaradılmış və serif qrupuna aid olmağına baxmayaraq ənənəvi ton təəssüratından uzaq qalmağa çalışmışdır. Patriarxatın süqutu şüarlarımızı yeni fontumuzla yazıb qeyd edəcəyik!

Fontu buradan yükləyə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *