Fotoqraflar, feminist fotolar lazımdır!

Azərbaycanda dilində fərqli media formalarını özündə birləşdirən feminist platforması Femiskop foto esselərin çəkilişi üçün çağırış elan edir. Foto çəkilişin mövzusu məkanın feminist kritikası, feminist teoriyasında əsas və yaranmaqda olan konseptlərin müqayisəli təhlili, gözəllik və dəb industriyaları, incəsənətdə feminizm, feminizmin təhsilə inteqrasiyası, eko-feminizm, trans feminizm, queer feminizm, biloloji vs sosioloji genderi əhatə etməlidir.

Hal-hazırda femiskop xüsusi ilə məkanın gender aspektindən tənqidinə fokuslandığı üçün bizə fərqli genderlərin məkan təcrübəsini fotoqrafiya vasitəsi ilə üzə çıxartmaq maraqlıdır. Bizə xüsusi ilə ictimai məkanda işləyən qadınlar, onların gündəlik iş şəraitində yaşadığı anlar və hadisələri dokumentləşdirən fotolar maraqlıdır.  Nəzərə alsaq bir çox ənənəvi iş yerindən fərqli olaraq onların iş məkanı qadınlar üçün o qədər də təhlükəsiz yer sayılmayan küçədir, fotolar süpürgəçi, səyyar ərzaq satıcı və dükkanların önündə nümünə paylayan qadınlarin küçə və ictimai məkan təcrübəsinin nədən ibarət olduğunu, onların hansı narahatçılıq və təhlükələrlə üz-üzə qaldığını göstərməlidir.

Texniki tələblər 

JPG fayl formatında olmalıdır.

Yüksək keyfiyyət (4.0 MP-də 80.0 MP-ə). 

Düzgün çərçivələnməlidir, işıqlandırılmalı və həddindən artıq işıq, kölgə və ya əks olunmadan istifadə olunmamlıdır.

Ümumiyyətlə, fotoşəkillərinizi mümkün qədər təbii, orijinal və geniş şəkildə faydalı saxlamağa çalışın.

Müəllif hüquqları

Saytımızda paylaşılan bütün materiallar  Creative Commons Qeyri-Kommersiya-Atribusiya 4.0 Beynəlxalq Lisenziyası altında dərc olunur.

Əgər elanda qey etdiyimiz mövzu və ya yuxarıda qeyd olunan hər hansı bir mövzu ilə bağlı ideyalarınız varsa detalları müzakirə etmək üçün bizimlə əlaqəyə keçin. Hər hansı bir texniki və kontentlə bağlı sual və təkliflər ətrafında da söhbət etməyə şad olarıq. 

Email: editor.femiskop@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *