Femiskop Azərbaycan dilində feminist diskursunu genişləndirməyə yönəlmiş məzmun yaratmaq üçün fəaliyyət göstərir. Platformamızda məqalələr, infoqrafiklər və podkastlar yerləşdiriləcək. Hər bir məzmun növünün fərqli şərtləri və konsepti var.
Məqalələr
Tam məqaləni göndərməzdən əvvəl bizə məqalənin əsas arqumenti, strukturunu və ala aldığınız mövzunun nə üçün mühüm olduğunu göstərən ~200 sözlük abstrakt göndərməyiniz xahiş olunur.
Söz sayı
Saytımızda söz sayına görə üç növ məqalə yayımlanacaq. Qısa məqalələr 800-1200 söz həcmində, orta həcmli məqalələr 1500-2500 söz həcmində, ətraflı araşdırma məqalələri isə 3500-7000 söz həcmində olmalıdır.
Mövzu
Məqalələr feminist teoriyasını, yerli və qlobal feminist hərəkatları və onların mübarizələrini, Azərbaycana uyğun siyasət (policy) təkliflərini ələ almalıdır. Biz növbəti mövzular üzərinə məqalələri qəbul edirik: məkanın feminist tənqidi, feminist teoriyasında əsas və yaranmaqda olan konseptlərin müqayisəvi təhlili, gözəllik və dəb industriyaları, incəsənətdə feminizm, feminizmin təhsilə inteqrasiyası, eko-feminizm, trans feminizm, queer feminizm, biloloji və sosioloji genderin qarşılaşdırılması.
İstinad qaydası
Məqalələrdə Harvard İstinad qaydasından istifadə oluna bilər, lakin bütün istinad olan mənbələr etibarlı tədqiqat mənbələri olmalıdır. Yalnız xəbərlərdən olan istinadları xəbər saytına vermək olar. İstinad mənbələri söz sayına daxildir.
Format
Məqalələr analitik və ya mövqe formatında yazılmalıdır. Nəzəri mövzuları ələ alan məqalələr akademik istinadlardan istifadə etməlidir, mövqe yazıları isə daha sərbəst şəkildə yazıla bilər. Bütün məqalələr oxucuya əl çatan dildə yazılmalıdır.
Müəllif hüquqları
Femiskop saytında çap olunan materiallar Creative Commons Atribusiya-Qeyri-Kommersiya 4.0 Beynəlxalq Lisenziyası altında yayımlanır.