Feminist övladlar necə böyüdülməlidir

Xədicə Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı kimi təşkilatlarda islahatlar və yerli QHT-lərlə iş üzrə təcrübəyə malikdir. Onun təhsili və tədqiqat dairəsinə beynəlxalq miqrasiya, eksperimental və əmək iqtisadiyyatı daxildir.


Müasir tarixdə bir çox cəmiyyətlər siyasi və irqi bərabərsizlik, azadlıq uğrunda mübarizələr aparmaqdadır, bununla yanaşı gendər bərabərliyi hələ də təzadlı mövqedədir. Sosial və iqtisadi sistemlər bir-birini əvəzləsə də, hələ də cəmiyyətin binar- qadın və kişi kimi müvafiq gender bölgüsü cəmiyyətlərin həssaslığına bir işarədir. 

Eynilə, Azərbaycanda da gender bərabərliyi təzadlı bir tarixə malikdir. Azərbaycan 1918-ci ildəqadınlara seçmək və seçilmək hüququ versə də, lakin qadınların həmin zaman parlamentdə təmsil olunmalarına icazə verilməmişdir. Azərbaycanın Sovet dövründə belə qadınlar bir sıra siyasi və hüquqi azadlıqlara malik olsa da, iqtisadi-sosial azadlıqları, hələ də sual altında qalmaqda idi. Xüsusilə, aztəminatlı işlərdə qadınların sayı kişilərin sayından daha çox idi və eyni zamanda onlar işdən sonra yenidən evdar xanım rollarına davam edirdilər. Ev işləri və analıq borcunu əsas sayaraq az sayda qadınlar yüksək və yaxşı vəzifəli  işlərlə məşğul olmağı üstün tuturdular və çox zaman idarəçilik də bu vəzifəyə daha çox kişiləri müvafiq hesab edilirdi.

Müstəqillik qazandıqdan sonra ölkənin iqtisadi göstəriciləri artsa da (ÜDM və GİNİ göstəriciləri), gender bərabərsizliyi hələ də müvafiq şəkildə qalmaqdadır. Gender İnkişaf İndeksinə görə Azərbaycanın göstəriciləri irəli sıralarda deyil. Dünya İqtisadiyyatı Forumunun illik Qlobal Gender Fərqləri (GAP) İndeksinə görə Azərbaycan 86-cı yerdən (2016) 94-cü yerə (2020) düşmüşdür (WEF GAP Report, 2020). Bu geriləmə Azərbaycanda son illərdə baş verən gender zorakılıqlarının sayının artmasında da əks olunur. Gender bərabərsizliyinin köklü əsasları əslində iqtisadi göstəricələrin aşağı düşməsinə əsaslansa da,(ADB Report 2019) bunun digər tərəfi cəmiyyətin sosial normalara da dayanır. 

Fidan Axundova.  Göyçək Fatma nağıl üçün illustrasiya

Cəmiyyət bizim yaşadığımız sosial mühitdir, bu mühitlə sosial kontrakta əsasən razılaşaraq birgə yaşamağa uyğunlaşır. Lakin bu mühit hamıya bərabər paylanmadığından çox zaman bir qrup digər qrup tərəfindən sıxışdırılmağa məruz qalır. Bu normalar bizim həyatımıza köklü şəkildə hopduğundan onları aradan qaldırmaq üçün asan iş deyil. Məhşur Nigeriyalı aktivist və feminist müəllif Ngozi bu işi uşaqlıqdan-erkən illərdən düşüncə tərzlərini dəyişməklə əldə edilə biləcəyini qeyd edir. Əslində uşaq ikən istənilən hadisələrə verdiyimiz cavab reaksiyamız böyüdükcə qarşımıza çıxan bir sıra məsələlərin öhdəsindən necə gələcəyimizə işarədir. Ona görə də Chimamanda Ngozi Adichie-nin “15 Təklifdə Feminist Manifesti” kitabının dili ilə desək istənilən cəmiyyətin düşüncə tərzini dəyişmək üçün bu mühitdə böyüyən uşaqların düşüncə tərzi də fərqli şəkildə tərbiyələndirilməlidir.

Chimamanda Ngozi Adichie 30-dan çox dillərə tərcümə edilmiş bir çox feminist məzmunlu əsərlərin müəlifidir. Adichie özü feminizm barəsində bir sıra çıxışlar etsə də, əsərlər yazsa da, heç zaman insanların uşaqlıqdan necə feminist böyüdülməsi barəsində düşünməmişdir. Lakin yaxın dostunun ondan soruşduğu ‘yeni doğulmuş qızının necə feminist böyütməlidir?’ sualına cavabı Adichieni çox düşündürmüşdü. Xüsusilə də, bir ana kimi özü belə verəcəyi məsləhətlərin cəmiyyətin inancları ilə uyğun olmayacağının çətinliyini başa düşürdü. 

Adichienin ilk məsləhəti ailənin tamhüquqlu olmasıdır. Onun dediyi kimi qadının rolu cəmiyyətdə ana olmaqla limitlənməməlidir. Azərbaycanda bir çox ailələr qurulduqdan sonra qadın məşğuliyyətlərindən uzaqlaşdırılır və övladlarını evdə qoyub işə getdiklərinə görə qınanırlar. Buna dair dəqiq ölçülmüş rəqəmlər olmasa belə qadınların ev və uşaq qayğısını uzlaşdırmaq üçün özəl sektordansa ictimai və dövlət sektorunda işlərə üstünlük verilir (ADB Gender Report, 2019). Bu isə onların iş və məşğuliyyət seçimlərini limitləyir. Müəllif düşünür ki, ailədə özünə inamlı ana obrazı övladının gələcəyinə inamla addımlamasına da səbəb olacaqdır. 

Adichieyə görə mükəmməl ana olmaq kimi deyilən bir peşə yoxdur, bəzən səhv addımlar atmaq olar. Bəzən verilən vəziyyətdə övladınızla necə rəftar edəcəyinizi bilməyəcəksiniz, lakin zamanla partnyorunuzla birlikdə bunun öhdəsindən gələcəyinizə inanır. Ona görə də müəllif ev işlərinizi bir ailə olaraq aranızda bölüşməyi öyrənməyi məsləhət görür. Çünki ana qədər atanın da, övladının həyatında rolu böyük olduğunu qeyd edir. Müəllif övlada qayğı göstərmək üçün yoldaşınızın “köməyinə və ya dayəliyinə” deyil onun bu işdə birgə iştirakına ehtiyacınız olmasını  vurğulayır. Bir çox tədqiqatlar göstərir ki, ata övladına birbaşa qayğısı onların əqli inkişafında, rifahında və tamhüquqlu insan olmasında böyük rola malikdir (Child Abuse and Neglect User Manual Series 2006). Birgə göstərilən qayğıda böyüyən övlad psixoloji və emosional sağlam olur. Bir sözlə “analıq rolu, ev işləri” neytral ifadə olmalıdır və ailənin hər iki üzvü tərəfindən həyata keçirilməlidir.

Adichienin toxunduğu digər bir mövzu gender rollarının övladlara erkən yaşlardan tətbiqidir. Bu rollarınqız və ya oğlan olmasından asılı olmamasını məsləhət görür. Məsələn, aşbazlıq çox zaman qadın işi hesab edilir və onun bir professional bir peşə olduğunu və hər kəs tərəfindən görə bilindiyini hamı unudur. Ailə məişətinin bir çox funksiyaları, eləcə də gündəlik yemək hazırlığı əksər Azərbaycan ailələrində qadının üzərinə düşür və qadınların gündəlik iş bölgüsü və saatının bir hissəsini zəbt edir. Evdə yemək bişirmə funksiyasının icrasının daima qadın tərəfindən yerinə yetirildiyini görən oğlanları  bu işin onlara məxsus olması fikri yaradır (İbrahimbəyova, 2016). Müəllifin sözlərinə əsaslansaq evdə görülən hər bir iş onların gələcəkdə görüləcək həyati bacarıqların öhdəsindən nə dərəcədə uğurla  gəlməsinə işarədir. 

Müəllifə görə bu rolları biz erkən yaşlardan özümüz də anlamadan  həyat tərzimizə tətbiq etməyə başlayırıq. Məsələn, mağazalarda çəhrayı və mavi rənglərdən digər rəngli paltarlar  az saydadır. Yaxud oyuncaqlar bölməsində oğlanlar üçün daha aktiv oyuncaqlar (qatar, maşın, təyyarə) olduğu halda, qızlar üçün ancaq sayı bilinməyən gəlinciklər satılır. Adichinin dediyi kimi qızlarımıza aldığımız bu gəlinciklər onların rolunu cəmiyyətdə erkən yaşlarda formalaşdırır. Beləliklə, qeyri-ixtiyari  qızlara gəlinciklər almaqla onları məişət məşğuliyyətlərini qazanılan nailiyyət kimi şərtləndiririk.

Müjgan Abdulzadə. Qadınlar üçün ömürlük qaydalar toplusu

Adichieyə görə övlada fərdi yanaşma sərgiləmək lazımdır. “Uşaqsan uşaq yerində otur”, “uşaq nə bilir” deyib keçməməyi və böyüdükcə marağı olan hər bir oyunu, rəng seçimini,  oyuncağını belə uşağın istəyinə uyğun almağınızı məsləhət görür. Müəllif əgər qızınız futbol oynamaq istəyirsə, “oğlan kimi rəftar eləmə” və ya oğlunuz yıxıldığında ağlayanda “qız olma” deyərək onlara linqvistik davranışımzda belə ehtiyatlı olmağı vurğulayır. Uşaqlara “oğlan kimi və ya qız kimi rəftar elemə” deməklə, onların “özün kimi olma, başqaları kimi ol” deməyə həvəsləndirirsiniz. Ümumilikdə, gender rolları bizdə şərti rollar yaratdığından  bizim həqiqi istək, arzu və ehtiyaclarımızın arxasınca getməyimizi də çətinləşdirir. Gender rolları əvəzinə müəllif övladlarınıza öz gücünə və istəyinə inamı yaratmağı öyrətməyi istəyir. 

Adichienin əsas qorxusu övladlarınızı şərti bərabərlik deyilən yüngül (Lite) feminizm ideyalarına məhkum etməkdir. Ona görə feminist olmaq tam şəkildə qadın kişi bərabərliyinə inanmaq deməkdir və bu yolun ayrı inancı yoxdur. Lakin bəzi yüngül (Lite) feministlər arasında “kişi başdırsa qadın onun boynudur” və ya “kişi evin dirəyi qadın onun işığıdır” kimi ifadələr çox istifadə olunur. Daha doğrusu yazıçını dili ilə desək yüngül (LİTE) feminizm kişilərə üstünlük verməklə qadınlara yaxşı rəftar göstərilmək deməkdir. Məsələn, bir çox yüksək vəzifədə işləyən qadınlar gördükdə, əgər evlidisə “yoldaşı ona icazə verir” və ya “arxasında yoldaşı dayanıbdır” deyirlər. Müəllif dediyi kimi ailə məktəb deyil ki, kişilər onun direktoru qadınlar isə bu institutda məktəbli qiz rolunu oynasın. “Yoldaşı icazə verdiyi qədər qadın istədiyini görə bilər” ifadəsi çox seksist bir ifadədir. Çox zaman cəmiyyətimizdə kişilər bu yüngül (lite) feminism cərəyanı ilə razılaşır və qadını öz arxalarındakı “müvəffəqiyyətli dayaq kimi” göstərərək feministlikləri ilə qürurlanırlar. Bunun köklü səbəbi isə Yüngül (Lite) Feminizmə əsaslanır.

Övladlarınızın “hamının xoşuna gəlməlidir” deyə yaxşı övlad timsalında böyütmək əvəzinə onları özləri olmağını öyrətməyi vurğulayan yazıçı özü belə böyüyəndə belə valideynlərinin bu kimi ifadələrinin yalnışlığını uzun zamandan sonra anlayır. Onların kiminsə xoşuna gəlməyi naminə ətrafdakılarına yalançı və süni olmaq əvəzinə, onlara əməllərində vicdanlı və düzgün olmaqlarının əhəmiyyətini daha çox vurğulayır. Xüsusilə qızları var gücümüzlə “yaxşı qız rolu” altında böyüdürük, “söz dinləyən”, “başıaşağı”, “gözəl övlad” olmasını tələb edirik. Lakin onlar kimlərinsə xoşa gəlməsi üçün özü olmaqlarından, özü kimi rəftar etmələrindən uzaqlaşdırırıq və itaətkarlığını hörmətə layiq hesab edirik. İtaətkarlıq onları özlərindən çox digərlərinin (hətta təcavüzkarın belə) hisslərini önəmsəməyə təhrik edir. 

Adichie övladlarınızın aşiq olduğu insan barəsində məlumatlı olmağınızı da məsləhət görür. Onların bu mövzuda əsasən sizə inanıb, sizə bel bağlamasını vurğulayır. Erkən yaşlardan qızlara ailə institutun önəmi təşviq olunduğu halda , oğlanları arzuladıqlarını əldə edən bir fiqur kimi böyüdülür. Bəzi yüngül (Lite) Feministlər evliliyin əslində qadınların qərarından asılı olduğunu izah edirlər. Lakin həqiqət müəlifə görə də əsas qüvvənin bu sualın verilmə zamanını kimin təyin etməsidir.  Ona görə də yazıçı övladınıza sevib sevilməyin həyatda gözəl hiss olduğunu və sevgi yalnız vermək  və ya qurban edilmək deyil, eyni zamanda verdiyi qədər də geri almağını öyrətməyinizi istəyir.

Adichienin əsas narahatlığı övladların erkən yaşlardan cinsi azadlıq barəsində təhsillərinin az olmasıdır. Bəlkə də bu mövzu valideyn və uşaq arasında avtoritar pərdənin timsalıdır, lakin bir valideyn olaraq övladın seksuallıq seçimləri barəsində məlumatınız olsa, onun hər bir addımında və qərarında yanında ola bilərsiniz. Təcrübəsiz dostlarındansa, övladınıza qoruyuculardan istifadə etməyi sizin öyrətməyiniz doğru olar. Eyni zamanda müəllifin dili ilə desək seks ancaq doğum anlayışı kimi deyil, həm də gözəl və emosional hisslərin yaradıcısı olduğunu öyrətmək lazımdır. Hər bir insanın bədəni yalnız özünə məxsus olduğundan istəmədiyi halda ona kimsə zor tətbiq edə bilməyəcəyini izah edilməyi vurğulayır. Övladlarınıza etiraz etməyi bacarmağı və cinsi azadlığına malik olduğu kimi hüquqlarının olduğunu göstərməyinizi tələb edir. Cəmiyyətimizdə bir çox insanlar, xüsusilə qadınlar öz seksuallıqlarından danışmaqdan çəkinir və utanırlar. Çünki qadın bədəninin və seksuallığının cəmiyyətə məxsus olduğundan onu nəzarətdə saxlamağa çalışırlar. 

Adichie övladlarınızı yaxşı övlad olduğuna görə yox, qayğıkeş, vicdanlı, qoçaq və öz fikrini ifadə edən zaman tərifləməyi məsləhət görür. Digərlərinə kömək edəndə, düzgün yolu seçdikdə, işlərində qoçaqlıq göstərdiyinə görə onlara dəstək olmağa çağırır. Çünki insanlar digərlərinə göstərdiyi münasibəti özlərinə də göstərəndə öz həyatlarına daha da dəyər verməyə başlayırlar. Məsələn, yazıçı kimsə övladınızın oyuncağını icazəsiz götürdüyündə, geri qaytarmasını tələb etməyi və icazəsi olmadan heç nəyə toxunmamağı öyrətməyi tələb edir. Hansısa vəziyyətdə olmaq onu narahat edirsə, bu barədə səsini çıxarıb özünü ifadə edərək bu vəziyyətdən çıxmağı üçün yol göstərməyinizi istəyir. Bu barədə bir çox tədqiqatlar da göstərir ki, hamının xoşuna gəlmək üçün onların fikri ilə razılaşmaq əvəzinə, öz mövqeyini və istəyini bildirən insanlar özünə əmin və müvəffəqiyyətli bir individual kimi böyüyürlər. 

Adichie özünü ifadə etməyi gözəl xüsusiyyət hesab edir. Bu xüsusiyyəti övladlarınızda inkişaf etdirmək üçün fiziki məşğuliyyətlərini onların vərdişinə çevirməyə çalışmağı məsləhət görür. Gəzmək, üzgücülük, qaçış və digər növlərlə məşğul olan aktiv insanlar fiziki və psixoloji cəhətdən güclü olurlar. Bir valideyn olaraq onların bədənlərini sevməsinə dəstək olmağı özünüzə borc bilməyinizi istəyir. Müəllif insanların bədən artıqlığı və ya zəifliyi olduqda bu onların yalnışı deyil də, onların bu cür genetik quruluşa malik olması ilə izah edir. Müəyyən yaş həddinə çatdıqda cəmiyyətimizdə qızlar idmanla məşğul olmaqdan çəkindirirlər, bunu da onların yetkinliyə çatdıqlarından artıq oğlanlar birlikdə oynaya bilməməklə izah edirlər. Lakin bu da onların fiziki aktivliklərini zəiflətməklə onların mənəvi və psixoloji hallarına güclü zərbə vurur. Bu da çox zaman uşaqlıqdan oğlan övladlarınızdan çox qız övladlarının hərəkətinə, duruşuna, bədən formasına daha çox önəm verərək onları tənqid etdiyimizdən irəli gəlir. 

Yazıçı övladlarınızı istədiyi geyim formalarına həvəsləndirməyinizi vacib hesab edir, çünki geyimin onların bir individual olaraq kimliyini təcəssüm edəcəyinə inanır. Onların geyimini zövqə görə seçməsini öyrətməyinizi və beləliklə seçdikləri bu  geyim onların baxışlarını tərənnüm edəcəyini bildirir. Çox zaman geyim seçimi onlara yaraşmaya bilər bunu əsla əxlaqla deyil, zövqlərin müxtəlifliyi ilə izah etməyə çalışmağınızı istəyir. Yazıçının dediyi kimi insanların əxlaqı geyimlə heç zaman ölçülməməlidir. Onlar kiminsə xoşuna gəlməsi üçün deyil, özlərinin rahatlığı üçün istədikləri geyimi seçməyi bacarmalıdırlar. 

Son olaraq, Adichie övladlarınıza fərqli düşünməkdən və olmaqdan çəkinməməyi öyrətməyi məsləhət görür. Çünki fərqli nəzərə malik olan insanlar bu qarışıq dünyada xilas olma hissləri güclü olur. Yazıçı övladlarınıza hər bir insanın başqalarına zərər vermədiyi halda seçdiyi yolun fərqli olmasını başa düşməyini və hörmətlə qarşılamağını öytərməyinizi istəyir. Həyatda baş verənlərin bir çoxunu başa düşmək və ya izah eləmək mümkün deyil, lakin bu baş verənlərin izahatını universallaşdırmaq və öz təcrübənizə görə standartlaşdırılmamalısınız. Hər bir insanın standartlaşdırdığı hərəkətləri ancaq özünə məxsus olduğunda başqalarına tətbiq edilməsi belə müvafiq hesab edilmir. Müəllifin sözləri ilə desək, övladınıza bəzi insanların sosial normaların qəbullanmadığı yolları seçdiklərinə görə onları qınamaq əvəzinə onlara dəstək olmak üçün çalışmaq lazımdır.

Son olaraq, Adichie və onun dostu da bir faktı qəbul edir ki, cəmiyyətin dərinləşmiş sosial normalarına qarşı getmək asan yol deyildir. Lakin övladınızın sağlam həyat görüşünə malik olması üçün bu məsləhətlərin bir çoxunu həyatıınıza tətbiq etməyi artıq başlamaq lazımdır. Yazıçını dediyi kimi bəlkə də siz  fərqli valideyn olduğunuzdan sizi qınayıb cəmiyyətdən uzaqlaşdırıla bilərlər, lakin siz seçdiyiniz yolun doğruluğuna inansanız, övladınız da sizi təqlid edərək bu yolu davam edəcəkdir. 

İstinadlar:

Chimamanda Ngozi Adichie, 2017. Dear Ijeawele, or A Feminist Manifesto in Fifteen Suggestions. Borzoi Book, Penguin Random House LLC. Knopf Canada

World Economic Forum. Global Gender Gap Report 2020 doi:http://www3.weforum.org/docs/WEF_GGGR_2020.pdf

İşçi qüvvəsində qadınların payı 48%-dir. 82% qadınlar az ödənişli sənayelərdə çalışırlar. Qadınların işsizlik göstəricisi 2.9%dir. – ADB Azerbaijan: Country Gender Assessment, December 2019 doi:https://www.adb.org/sites/default/files/institutional-document/546166/azerbaijan-country-gender-assessment-2019.pdf

Child Abuse and Neglect User Manual Series, 2006. The Importance of Fathers in the Healthy Development of Children. USA doi: https://www.childwelfare.gov/pubPDFs/fatherhood.pdf

R, Ibrahimbayova. 2016. Gender Issues in Agriculture in Azerbaijan. Gender Equality, Social Protection and Rural Development in Eastern Europe and Central Asia Insights from the Region. Rome: Food and Agriculture Organization of the United Nations.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *