Donna Haraway. Dünyanın əkilməsi

Bu məqalə Donna Haraway “Narahatlıqla qalmaq“ adlı – antroposentrizm metafizikasından və hakimiyyət iyerarxiyalarından uzaqlaşmaqla qəribəliklərin qeyri-sabit, keçici, təhlükəli formalarının bərpasında məna tapmaq naminə fəlsəfə ilə fantastikanın eksperimental uzlaşmasından ibarət kitabı haqqındadır.  Biz Harawayin, fərqliliklərin və qarışıqlığın dəstəklənməsi üçün vacib olan “bəzi vəziyyətlərə köklənmiş, ölümlü, embrion hikmətin ” axtarışı ilə, Ursula C.Le Guin və Octavia Butler işlərinə müraciət etdiyi bölməni sizə təqdim edirik.  

 
Anna Andrjiyevskaya. Burada dramaturgiya yoxdur. 2020 il.

«Təsəvvür edin ki ,— hər hansı fitolinqvist ədəbiyyat tənqidçisi-estetə deyir ki, — axı, onlar o zaman badımcan dilini belə bilmirdilər!» Sonra onlar anlaşaraq gülümsəyib, çantalarını taxaraq dəmirovun başının şimal hissəsində yazılmış və yenicə deşifrə edilmiş şeirlərini orijinaldan oxumaq üçün Payk pikinə yollandılar 

        «Akasiya toxumları üzərində yazılar» ın müəllifi Ursula C. Le Guin

1980-lərdə Reaganın “Ulduz müharibələri” dövründə tərəfimdən yazılmış siyasi şüar belə səslənirdi: «Kiborqlar Yer üzərində yaşam uğrunda!» George Bush və sonrakı Bushların qorxunc zamanları məni, şutsxund gözətçi itlərinin sərt məşqçilərinin: «Sürətli qaç, bərk dişlə!» və «Sus və məşq et!» kimi şüarlarına keçməyə vadar etdi. Bu gün mənim şüarım belədir: «Qarışıqlıqda ol!» Amma bütün bu düyünlü zamanlarda və xüsusən də, indi, güclü və tutumlu məkan/zaman (placetime) analayışının  harda və nə vaxt olmasından asılı olmayaq, bizə dayanaqlı, heç nədən çəkinməyən müdriklik lazımdır. Bütün zaman və məkanlardakı çoxlu sayda tiran padşahların içərisindəki kompanyon növlərin öyrətdikləri kimi, biz qəlblərimizi yenidən aləmlərə-evlərə əkməliyik ki,  — yenidən, bəlkə də, ilk dəfə yaralı, amma hələ də məhv olunmamış planetdə çiçək açaq.

Biz nəinki toxumları yenidən əkməliyik, həm də toxumların uğurlu inkişafı üçün lazım olan bütün gübrələrdən, calaqlardan, qidalı maddələrin tətbiqindən istifadə etməklə, onların cücərməsinə yardım etməliyik. Bərpa prosesi hələ də mümkündür, lakin bu, təbiətin, mədəniyyətin, texnologiyanın, həmçinin, orqanizmlərin, dil və maşınların məhvedici bölgüsünün əksinə olaraq, yalnız çoxnövlü birgəliklə olmalıdır. Bunu mənə həm feminist-kiborq, həm də itlərdən, cücələrdən, tısbağalardan, qurdlardan ibarət heyvan-insan aləmləri, özü də, simbiogenetik vurğu ilə, fuqo-,funqo-, mikrobvari şəkildə — akasiya ağaclarının (Afrikada, hər iki Amerikada, Avstraliyada, Sakit okean adalarında) müxtəlif taksonlardan olan çox sayda köməkçiləri ilə birlikdə öyrədir. Aləmlərin əkilməsi —daim inkişaf edən qarşısıalınmaz müxtəliflik və təxirəsalınmaz qarışıqlıq üşün kompanyon növlərin tarixinin başlanması deməkdir. 

Vəziyətlərə uyğun köklü, ölümlü, embrion (cücərti) hikməti araşdırmaq üçün Ursula C. Le Guin və Octavia Butlerə müraciət edirəm. Materialist mənada, sonradan başqa olaylarla da birgə danışıla bilmək üçün, bizim hansı hadisələri danışmağımız önəmlidir. Materialist mənada bizim fikirlərimiz də, sonradan başqa anlayışlar haqda düşünə bilməyimiz üçün  önəmlidir. 

Özünü udarkən, zaman əjdəhasına təslim olaraq, taleyi ilə barışır.  Bunlar həm sadə, həm də qəliz koanlardır — görək hansı ovu hasil edəcəklər. Əjdəhaların çalışqan şagirdi Le Guin mənə ədəbiyyatın və təbiət-mədəniyyətin “çanta” nəzəriyyəsini öyrədib .  Onun nəzəriyyələri, onun hadisələri —həyat materiyasının toplanması və daşınması, həmçinin, onun haqqında düşüncələr üçün tutumlu çantalardır. «Balqabaq yarpağı, çanaq, setka, parça, kisə, qutu, çən, şüşə qab. Saxlama qabı.Tutum».

Yer hadisələrindən çox şey ilk gözəl sözlər və silah, söz kimi ilk gözəl silah və əksi haqda fantaziyaların əsirində olanlar tərəfindən çatdırılıb. Alət, silah, söz —  səma allahı obrazına bürünmüş sözdür.   

Yeganə real fəaliyət göstərən şəxs, yeganə-tək qəhrəman ilə baş verən faciəvi hadisə İnsanı yaradan povest — əvvəl ovunu öldürməyə cəhd edən, sonra ödürdüyünü qənimət kimi əldə edən ovçu haqqında povestdir. Bu təsirli, mübarizə əzmli, kəskin povest ağrılı, yapışqanlı, çürüyən passivliyin daşınmasını möhkəmləndirən olay haqqındadır. Bu fallik “kötüklərlə hekayə”dəki bütün digərləri, sadəcə, rekvizit, fon, süjet sahəsi və ya qənimətdir. Onların elə bir mahiyyəti yoxdur, onların funksiyası səyyah və ya mərkəzi personaj olmaq deyil,  əl-ayağa dolaşmaq, keçiləsi maneələr, yol və ya ötürücü olmaqdır. Qəhrəmanın sonuncu bilmək istədiyi şey – onun gözəl sözlərinin və silahlarının çantasız, saxlanğıc yersiz, qoruyucu məkansız əhəmiyyətsiz olmasıdır.

Buna baxmayaraq, heç bir məcara axtarışında olan insan özü ilə çanta götürmədən evi tərk etməz. Necə oldu ki, saxlama qabı, saxsı küp, şüşə botul tarixə düşdü (story)? Necə oldu ki, belə əhəmiyyətsiz əşyalara görə tarix davam edir. Ya bəlkə, ola bilsin ki, qəhrəman üçün ən pis halda, bu yarımçıq, boşalmış əşyalar, mövcudluğun dəlikləri kimi lap əvvəldən daha zəngin, ağıllı, tam, yersiz, davamedici hadisələri doğurur? Və  bu hadisələrdə ovçunun öz yeri var, lakin, onun — özünü yaradan İnsan, Tarixin insan istehsal edən maşını  haqqında danışılmır və heç zaman danışılmayıb. Özündə bir az su, bir az toxum saxlaya bilən azca əyilmiş çanaq, hansını ki, kiməsə vermək və ya kimdənsə qəbul etmək olar, fikirləri o istiqamətə yönəldir ki, kompanyon-növlər qarşılıqlı zənginləşmə ilə inkişaf tarixini yaratmışlar və onların həyat və ölüm prosesindəki  məqsədi sona yetişmək və ya hadisələrin, aləmlərin sonuna varmaq deyil. Çanaq və ya hər hansı bir saxlama qabı  ilə insanın var olması, onun humusa, yer ünsürünə çevrilməsi inkişafın başqa bir  — haçalanan, qıvrılan formasını qazanır. 

Meyllənən sentimetal xolizmlərə və orqanizmlərə ehtiyyatla yanaşanları Le Guin çevik şəkildə uyarır: «Əvvəlcədən deyim ki, mən heç də aqressivlikdən və döyüşkənlikdən məhrum olmamış bəni insanam. Mən xuliqanlara öz çantası ilə zərbələr endirərək, onlarla çarpışan qoca əsəbi qadınam.  Lakin, bu halda belə, mən özümü qəhrəman qadın hesab etmirəm — necə ki, başqaları da belə hesab etmir. Sadəcə, bunu ona görə edirəm ki, yabanı yulaf yığmağa və hadisələr danışmağa davam etmək imkanım olsun».

Le Guinin düşüncələrində konfliktə yer var, lakin onun yazı və söz çantasındakı gözəl hadisələr arasında çox şey var ki, hadisələri yenidən danışarkən və ya imkanları yenidən cücərdərkən, onları həm bugünkü, həm də Yerin dərin tarixindəki  çətinliklərin öhdəsindən gəlmək üçün istifadə etmək olar. 

« Bəzən elə gəlir ki, qəhrəman haqqındakı hadisələrin (story) sonu yaxınlaşır. Bəzilərimiz burada, yabanı yulaf sahələrində hesab edirlər ki, hadisələrin axarı dayanmasın, köhnəsi qurtarsa belə, insanlarda qalması üçün yenisini danışmağa başlamaq lazımdır.  Ola bilər. Dərd ondadır ki, biz hamımız özümüzün bu qətl hadisələrinin bir hissəsi olmasına imkan vermişik deyə, biz də onunla birlikdə bitə bilərik. Mənim başqa bir hadisənin, həyatın danışılmamış tarixinin yaradılması üçün təbiət, süjet, söz axtarışımın  təcili görünməsi bundan qaynaqlanır».

Octavia Butler danışılmamış hadisələr haqqında, məsələn, fəlakətlərdən sonra həyatı bərpa etmək üçün səyyah əkinçinin toxum kisəciyinin tikilməsinin vacibliyi kimi hər şeyi bilir. «Əkinçi haqqında pritça» da güclü empatiyaya malik, Loren Oya Olamina adlı yeniyetmə qız Los-Angelsin bağlı yaşayış kompleksində böyüyür. Santeriyanın Yeni dünyasında və müqəddas Marianın katolik kultlarında Niger çayının Oyası, orişa (Yoruba xalqının dilində “ruh”) mühüm rol oynayır. Oya Niger çayının 9 qolunun, 9 caynağında ölülərlə diriləri saxlayan anasıdır; o xtulusen adı altında müqavimət göstərən, zamanı doğuran minüzlü xtonik varlıqlar sırasında dayanır. Külək, yaranış və ölüm – Oya tərəfindən aləmləri idarə etmək üçün istifadə olunan atribut və güclərdir. Olaminanın vergisi həm də onun lənətidir: o bütün canlıların ağrısını, asılılığı olan ana tərəfindən hamiləlik zamanı qəbul edilən narkotiklərin mümkün fəsadlarını hiss etmək kimi qarşısıalınmaz qabiliyyətə malikdir. Onun ailəsi öldürüldükdən sonra cavan qadın boşalmış, məhv olmaqda olan cəmiyyətdən qurtulmuş al-əlvan bir dəstə ilə səyahət edərək, cücərən kökləri ilə «Yer toxumu» (Earthseed) adlı dinə söykənən yeni bir cəmiyyətin toxumunu əkərək yaratmaq istəyir. Trilogiya kimi nəzərdə tutulmuş (Butler vəfat etdiyindən, «Yalançı haqqında pritça»nı bitirə bilmədi) «Əkinçi haqqında pritça» nın süjet xəttində Butler «Yer toxumunun» sonda ulduzlar arasında öz yeni evində-aləmində cücərməsini təsvir edir. Ancaq Olamina ilk  «Yer toxumu» icmasının başlanğıcını ulduzlar arasında deyil, burada, Terrada, Şimali Kaliforniyada, həmçinin, digər yer üzü məkanalarında qoyur ki, bu da bizim dünya evimizin yenidən yeni toxumlarla əkilməsi üzrə mənim tədqiqatlarımı qalıcı edir. Bu evdə Butlerin dərsləri xüsusi qeyri-təbiiliklə tətbiq edilir. 

«Pritça» seriyasında yazılanlar deyir ki, «allah dəyişmək deməkdir», «Yer toxumu» isə öyrədir ki, Yer üzərindəki bütün canlı toxumlar müxtəlif gözlənilməz və mütləq ki, təhlükəli yerlərdə və zamanlarda yenidən əkilmə, adaptasiya olunma və çiçəklənə bilmə qabiliyyətinə malikdirlər.  Diqqət edin ki,  «qabiliyyətə malikdirlər», «ola bilərlər» və «olmalıdırlar» deyil.

Elmi fantastika janrında işləyən bir yazıçı kimi, Butlerin bütün əsərləri —sürgündə, diasporada, oğurlanmada, köçürülmədə dağılma, sağqalma, həm də travmalı çiçəklənmə problemləri ətrafında cəmlənib. Bunlar qulların, qaçqınların, mühacirlərin, səyyahların və aborigenlərin nəsillərinə yer üzünün həm  hədiyyəsi, həm də yüküdür. Bu yük köçlərin oturuşmasından sonra da basqısını dayandırmır. SF-modusdakı mənim öz məktubum yalnız torpaqda, kiborqların, itlərin, akasiya ağaclarının, qarışqaların, mikrobların, göbələklərin və onların bütün soydaşlarının və nəsillərinin çirkabında işləyir və rol oynayır. Bu sözün doğurduğu həyəcanla xatırlatmaq istəyirəm ki,  «kin» sözü «qohumluq» g-k əvəzlənməsi ilə, hindavropa qohum dillərində «gen» ə çevrilir və «get» sözünə («almaq», «nəsil») uyğun gəlir. Hər şey — Terranın törəməsidir; biz — qeyri-dəqiq növlərin yoluxmuş toxum cücərtilərində küləklə ard-arda gətirilmiş kənar, ağac soydaşlarıyıq, nəsliyik. Toxumların əkilməsi üçün  mühit, torpaq, materiya və ana olmalıdır. Bu anlayışlar SF-terraformalaşma modusunda və bu modus ətrafında  məni çox maraqlandırır. SF feminist modusunda materiya heç zaman yalnız “informasiyalanmış” toxumun mühiti olmur, lakin Terranın çantasında soydaşlar və nəsillər qarışaraq, aləmlər üçün daha zəngin toplular yaradılır. «Materiya» — güclü, «vücuda» aidiyyatı olan sözdür, əşyaların matrisası və generatrisasıdır, Oyanın dil generatrisasının soydaşıdır.  

Materiyanın mənbə, torpaq, axın, əsas kimi əldə olunması və həmçinin, bunun bir çox mühüm nəticələri olan — mahiyyət etibarı ilə, şeylərin axıcı və bərk generatrisiyalı, riyazı və cismani  materiyasına çatmaq üçün çoxlu qazıntıya və dərinliyə baş vurmağa ehtiyac yoxdur. Bu cür etimoloji yol ilə biz materiyanın ağac, bərk-yetgin-kötük  mənasına gəlirik (portuqal dilində- madeira). Materiya kötük (ağac, taxta) anlamında məni Le Guinin 1976-cı ildə çap olunmuş «“Meşə” və “dünya” üçün söz eynidir» kitabına gətirib çıxarır. Bu kitab onun,  gələcək və çoxnövlü çiçəklənmə şansları uğrunda imperialist istismarla mübarizə aparan, seyrəlmiş yerli və kolonial varlıqlar üçün fabulyasiyalar olan «Hayn siklinin» bir hissəsidir. Oradakı hadisələr başqa planetdə baş verir və  hüzur, harmoniya, resursların əldə olunması naminə aparılan kolonial mübarizənin təsvir olunduğu, James Cameronun «Avatar» (2009) blokbasterindəki Pandora planetinin olayları ilə çox oxşardır.

Yalnız  konkret bir detalda hadisələr kəskin fərqlənir: Le Guinin “Söz”ündə peşman olub öz günahlarını yuyan “ağ” kolonial qəhrəman yoxdur. Burdakı hadisələr qəhrəmanları tərəfindən nifrət edilən çanta fomasındadılar. Amma bu hələ hamısı deyil. Le Guinin  «aborigenləri» öz qələbələrindən sonra, onları istismar edən əsas adamı öldürmək əvəzinə həyata məhkum etsələr də, azadlıq uğrunda apardıqları mübarizə nəticəsində  insanların nəinki işğalçıları, bir-birlərini belə necə öldürmək, həmçinin, çiçəklənməni yenidən yaratmaq haqqında uzunömürlü biliklər əldə edirlər və ola bilsin ki, tarix qarşısında buna nail ola bilirlər. Pandoradan fərqli olaraq, burada status quo ante [ilkin vəziyyətə qayıdış — lat.]  —  xilasolma məqamı yoxdur. «Söz»də təsvir edilmiş Atşi planetindəki mübarizə ilə püxtələşmiş mən Terrada qalaraq, təsəvvür edərəm ki, Le Guinin  hayn növlərinin heç də hamısı, yayılmasına rəğmən, hominid şəbəkələrinə aid deyillər. Ana materiya elə et ki, mən — elə et ki, biz — azadlıq və Le Guinin düşündüyü Atşi planetindəki postkolonial dünya uğrunda mübarizə ilə möhkəmlənərək, çoxnövlü təbiət-mədəniyyət qarışıqlığı ilə Yer üzündə qalaq. Bütün zamanlarda öldürmək haqqında bilgilərin heç də nadir olmadığı Dünyanın-Yer üzünün müxtəlifliyinin sağaldılması naminə terraformalaşma üçün toxum axtarışına çıxmağın zamanıdır.

Acacia neurophylla toxumlarını aparan,  Qərbi Avstraliyadan olan Rhytidoponera metallica növünə aid qarışqa. Foto: Benua Genar, 2007

Mənim çantam terraformalaşma üçün akasiya toxumları ilə doludur, ancaq göründüyü kimi, çantada onlarla yanaşı, qarışıqlıq da var. Mən Le Guinin «“Akasiya toxumu üzərindəki yazılar” və  “Terolinqvistlər assosiasiyasının jurnalı” ndakı digər məqalələrin müəllifi» hekayəsindəki başı kəsilmiş qarışqa çəsədindən başlayım. 

Cəsəd alim-tədqiqatçılar tərəfindən axtalanmış və sıraya yığılmış akasiya toxumlarından 31-cisinin yanında, qarışqa yuvası tunelinin sonunda tapılmışdır. Terolinqvistlər, gərək ki, qarışqa tərəfindən görmə vəzi ifrazatının (onun biokimyəvi mürəkkəbinin) köməyilə sıraya düzülmüş toxumlar üzərindəki yazıları oxumağa cəhd edərək, qayğılandılar. Alimlər nə yazıların necə interpretasiya olunmasına, nə də qarışqanın kim olmasına əmin deyildilər. Qarışqa çağrılmamış qonaq olub koloniya əsgərləri tərəfindən öldürülübmü? Koloniyada yaşamış, Şahbanu və onun yumurtaları haqqında qızışdırıcı məlumatlar yayan inqilabçı olubmu? 

Terolinqvistlər bu məsələnin həllində insan dillərinin qaydalarından istifadə edə bilmirdilər, onların heyvan münasibətləri anlayışı isə, dərin təbiət-mədəniyyət müxtəlifliyinə baxmayaraq, fərziyyələrlə dolu, fraqmentar və dolğun deyildi.  Mürəkkəb tədqiqat ekspedisiyaları nəticəsində yazılaraq əldə olunmuş digər heyvanat dillərinin elmi və germenevtik öyrənilməsi ilə terolinqvistlər o qənaətə gəldilər ki, «dil əlaqələndiricidir » və heyvanların böyük əksəriyyəti aktiv kollektiv kinestetik semiotikadan, həmçinin, kimyasal həssas, vizual və taktil dillərdən istifadə edirlər. Qarışqa ifrazatı ilə yazılmış gözlənilməz göndərişin oxunması onları çıxılmaz vəziyyətə sala bilərdi, ancaq onlar əmin idilər ki, ən azından, terodil aktları ilə qarşılaşıblar və nə vaxtsa onları oxumağı öyrənəcəklər. Onlar düşünürdülər ki, bitkilər «öz aralarında münasibət saxlamırlar» və təbii olaraq, dilləri yoxdur.  Bitkilər aləmində nəsə başqa bir şey baş verir ki, bunu da incəsənət adlandırmaq doğru olardı.  Alimlər və tədqiqatçılar tərəfindən bu məcrada öyrənilən fitolinqvistika başlanğıcda idi və sözsüz ki, təmamilə yeni diqqət modusları, çöl işləri metodologiyaları və konseptual kəşflər tələb edirdi. 

Terolinqvistlər Assosasiyasının Sədri həvəslə danışırdı ki: «Əgər bitkilərin qeyri-kommunikativ incəsənəti mövcuddursa, o zaman biz elmimizin təməl daşlarını yenidən düzməli və tədqiqatın  təmamilə yeni texniki üsulları ilə silahlnmalıyıq. Çünki, sadəcə olaraq, kütləvi ədəbiyyatda çox geniş yayılmış həm ürək donduran detektivlər, həm də qırmızı ağac və ya qabaqlar tərəfindən yazılmış bədii əsərlər – qurbağaların sevgi nəğmələri və ya torpaq soxulcanının tunel saqaları eyni bir üsul ilə tədqiq edilə bilməz».

Mən hesab edirəm ki, sədr öz biliklərinin qarışıqlığını sual etmək zərurəti baxımından təmamilə haqlıdır. Lakin başı kəsilmiş qarışqaya və axtalanmış akasiya toxumlarına diqqətli baxış, hələ də zoosentrik qalan bəzi alimlərə anlatmalı idi ki, bitkilərin yüksək dərəcədə estetləşdirilməsi onları torpaqyaradan kompanyon-növlər barəsində yanlış yerə apardı. Bitkilər —yer üzündəki modallıqların böyük sırasında mükəmməl kommunikatorlardırlar: onlar müxtəlif canlı varlıq taksonlarından ibarət əsararəngiz köməkçilər qalaktikası daxilində  mənalar yaradaraq, onlarla mübadilə edirlər. Bakteriyalar və göbələklərlə birlikdə bitkilər də heyvanların abiotik dünya və onda olan — Günəşdən tutmuş qaza, daşa qədər hər bir nəsnə ilə kommunikasiyası üçün həyatı vacibdirlər.

Mən bu məsələdə dərinə getmək üçün Le Guinin hekayəsini hələlik bir qırağa qoyaraq, əvəzində tələbələrin simbioz, simbiogenez və inkişafın ekoloji intibah biologiyası haqda danışdıqlarından ideyalar əldə edəcəyəm. Akasiya və qarışqalar bütün işi mənim əvəzimə görə bilərlər.  Acacia cinsi 1500 növdən ibarət olmaqla (onlardan 1000-i Avstraliydan çıxıb), Yer üzündəki ən çoxsaylı ağac və kol cinslərindən biridir. Müxtəlif akasiyalar okeanlarla ayrılmış müxtəlif qitələrin mülayim, tropic və səhra iqlim qurşaqlarında yetişirlər. Bu növlər çoxlu sayda canlıları ev və qida ilə təmin etməklə, mürəkkəb ekologiyaların sağlam biomüxtəlifliyinin qorunmasında mühüm rol oynayırlar. Vətənlərindən aparılıb başqa yerlərdə əkilmiş akasiyalar meşəçi- kolonizatorlar tərəfindən xüsusi qiymətləndirilirlər və hələ də yaşıllaşdırma və seleksiya ilə məşğul olanların arsenalında əsas bitki olaraq qalırlar.  Bununla yanaşı, bəzi akasiyalar restavrasiyaçı bioloqların və ya sağalan məkan sakinlərinin məsuliyyət dairəsinə düşən endemic ekologiyaların artan dağıdıcısına çevrilmişlər. Akasiyalara, əsasən və bir çox hallarda gözlənilməz yerlərdə rast gəlinir.

Qlobal-kapitalist hərisliyi sayəsində ifrat dərəcədə kəsilmələrinə rəğmən, onlar bizi havay koası kimi çox gözəl sərt oduncaq ilə təmin edirlər. Acacia senegal növündən hummiarabik kimi qətran əldə olunaraq, dondurma, pivə, mürəkkəb, marmelad və dəbdən düşmüş poçt markası istehsalında istifadə edirlər. Həmin bu qətransal ifrazat akasiyanın immun sisteminin bir hissəsi olmaqla, ağacın yaralarının bağlanmasında, şərti-patogen bakteriyalarla göbələklərin artmasının qarşısının alınmasında  yardım göstərir. Arılar akasiya çiçəklərindən, kritallaşmaya meylli olmayan, azsaylı bal növlərindən sayılan çox keyfiyyətli bal hasil edirlər. Gecə kəpənəkləri, insanlar və yeganə otyeyən hörümçək növü də daxil olmaqla, bir çox heyvanlar akasiyadan qida kimi istifadə edirlər. Belə ki, insanlar akasiya toxumlarından pasta, paxlasından şirin bişmişlər, karri hazırlayır, cücərtilərindən, toxumlarından natural qida kimi istifadə edir, qabığından pivə düzəldirlər. Akasiyalar – paxlalılar kimi nəhəng bir ailənin üzvləridirlər. Bu isə o deməkdir ki, özünün çoxsaylı faydalı xüsusiyyətlərinə əlavə olaraq,  — göbələk mikoriz simbiontlarla birlikdə (hansı ki, öz növbəsində, endosimbiont-bakteriyalardan ibarətdirlər) bir çox akasiyalar torpağın məhsuldarlığı, bitkilərin böyüməsi və heyvanatın mövcudluğu üçün zəruri olan azot xaric edirlər.

Parazitlərdən və otlayan heyvanlarda özünü müdafiə edən akasiyalar alkaloid istehsal edən əsil kimyəvi fabrik kimi, mənim tək canlıya da təsir göstərə bilən  çoxlu psixoaktiv birləşmələr hasil edirlər. Mən  hominid beynimin sayəsində ancaq təsəvvür edə bilərəm ki, bu birləşmələr həşəratlar kimi  məxluqlara necə təsir edir. Zürafələrə gəldikdə, akasiyaların taclarında gözəl sıxyarpaqlı kahı bitir və akasiyalar zürafələr tərəfindən taclarının səylə “budanmasına” cavab olaraq, fotoqraflar və turistlər tərəfindən çox sevilən, həmçinin, bir çox məxluqat üçün xilasedici kolgə və istirahət yeri olan, afrika savannasının əsrarəngiz, yüksək səthli odunsal landşaftını yaradırlar.

Bu böyük aləmdən dəstəklənərək, mən Le Guinin başı kəsilmiş qarışqa və akasiya toxumu üzərindəki yazılar haqqında davam edən povest-çantasına özümün bir neçə detalımı əlavə etməyə hazıram. Terolinqvistləri onların deşifrə etməyə çalışdıqlaır ismarıcın mətni narahat edirdisə, məni başqa məsələ düşündürür: əvvəldən qarışqa ilə akasiya toxumunu nə birləşdirirdi? Onlar bir-birini necə tanıdılar? Onlar necə kommunikasiya edirdilər? Qarışqa öz ismarıcını niyə məhz bu parlaq səth üzərində yazmışdı? Axtalanmış toxumlar cavabı gizlədirlər. Cənubi afrika ekoloqlarına böyük narahatlıq yaradan sahilboyu Acacia Cyclops-un qohumu olan Acacia verticulata — avstraliya kolu qarışqalar tərəfindən yayılan toxumlar verir. Hiyləgər akasiyalar qarışqaların diqqətini hər toxumun ətrafına dolanan görünən kökcüklər vasitəsilə cəlb edirlər. Qarışqalar bəzənmiş toxumları öz yuvalarına gətirirlər və burada, elayosomlar adlanan, yağlarla zəngin kökcükləri zövqlə tükədirlər. Toxumlar zamanla burada, rahat bətn rolunu oynayan qarışqa tunellərində cücərirlər, qarışqalar isə onların əməksevərlikləri üçün zəruri olan zəngin kalorili qida əldə edirlər. 

Ekoloji təkamül dili ilə söyləsək, bu qarışqalar və akasiyalar çoxala bilmək üçün bir-birlərinə gərəkdirlər. Qarışqalarla akasiyaların bəzi qarşılıqlı münasibətləri daha mürəkkəbdirlər:  onlar hər bir iştirakçının daxili hüceyrələrinə toxunaraq, hər iki kompanyon-növün genomlarını,  inkişaf strukutur və funksiyalarının naxışlarını formalaşdırırlar. Mərkəzi Amerika akasiyalarının bir-neçə növü yarpaqətrafı adlanan böyük boş tikanabənzər strukturlar yaradırlar ki, Pseudomyrmex cinsindən olan qarışqalar bundan sığınacaq kimi istifadə edirlər. «Qarışqalar yarpaq sapındakı  ifrazat şirələri və yarpaq uclarındakı belt adlanan kiçik, yağlarla (və zülallarla) zəngin cisimciklərlə qidalanırlar. Cavab olaraq, qarışqalar bitkini otyeyən heyvanlardan qoruyurlar ». Qəzəbli və dişləyən qarışqalardan ibarət israrlı bir kompaniya qədər heç nə qida tədarükünü bu qədər rahatsız edərək, istənilən növ otlayan yarpaqyeyəni həşəratlara daha az məruz qalmış mənbələr axtarışına vadar etmir.

BBC-nin 2005-ci il Devid Attenborough ilə «Elm və təbiət» 5 seriyalı xüsusi buraxılışının «Sıx qarşılıqlı münasibətlər» adlı seriyasında biz bunların çox həssas və dəqiq təzahürünü görürük. Biz, həmçinin, görürük ki, «bəzi qarışqalar onlara sığınacaq verən ağacları “emal” edərək,  “şeytan bağları” kimi tanınan zonalar əmələ gətirilər. Ağacların rəqabətsiz böyüməsini təmin etmək üçün, onlar ətrafdakı digər pöhrələri məhv edirlər». Qarışqalar bu işi əngəl ola biləcək ağacların budaq və cücərtilərini metodik olaraq dişləməklə və qidalandırıcı toxumalara qarışqa turşusu püskürtməklə icra edirlər. Qarışqalarla akasiyaların oxşar mutualizminə Afrikada da rast gəlmək olar. Məsələn, Keniyadakı oraqkürəkli (aypara) akasiyalar Crematogaster mimosa kimi simbiot qarışqalarını öz tikanları üzərində sığınacaq və çıçəkdən kənar nektarlıqdan qida ilə təmin edir. Qarışqalar da, öz növbəsində,  bitkiyə zərər verən iri otyeyən məməlilərə və qabıq böcəklərinə hücum edərək bitkini qoruyurlar. Nə qədər çox diqqət yetirsək, bir o qədər yaxşı başa düşürük ki, Yer üzündə yaşamaq və ölmək — simbioz adı altında özündə bir masa ərtafında kompanyon növlərin birləşməsini ehtiva edən, çaşqınlıq doğuran, çoxnövlü bir nəsnədir. Qarışqalar kimi, akasiyalar da çox müxtəlifdirlər, çoxlu sayda individ qruplar əmələ gətiriblər.

Bəzən onlar – bütün dünyanı gəzmiş səyahətçilər, bəzən də -doğma ölkə və qonşularından uzaqda yaşamağa qadir olmayan ev adamıdırlar. Bundan asılı olmayaraq, onların yaşama və ölmə tərzləri keçmiş və indi  terraformalaşmaya təsir göstərir. Qarışqalarla akasiyalar bütün heyvanat aləmi ilə müqayisə olunacaq qədər paxıldırlar, onlar  həm təkamül və orqanizm baxımından, həm də bütövlükdə qrup olaraq, özlərinin həyat və ölüm baxışlarında  opportunistdirlər. Bu növlər mürəkkəblikləri və davamlılıqları səbəbindən bütöv aləmlərə belə həm böyük ziyan vura, həm də dəstəkləyə bililər; bu bəzən insan faktoru işbirliyi ilə, bəzən də bunsuz olur. Lakin şeytan, həqiqətən, məsuliyyətli kompanyon-növlərlə məskunlaşmış təbiət-mədəniyyətlərə cavabdeh olan detallarda gizlənib. Onlar-biz — sadəcə, birlikdə düşünüb yazmaq üçün deyil, birlikdə yaşyıb ölmək üçün buradayıq. Və biz aləmləri birgə əkib becərmək, akasiya toxumları üzərində qarışqa ifrazatları ilə yazmaq və tarixi qorumaq, dəstəkləmək üçün buradayıq. Mənim bu,  aləmləşmə təcrübələri zəngin olan simbiontlar haqqında povestim – Le Guinin, deyingən yaşlı qadının çantası ilə zorakıları döymək üçün istifadə etməyə hazır olduğu və bu yazıçı qadının həm iğtişaşlar təşnəsində olduğu, həm də insan və digər həyasız məxluqlardan qayda gözləməsi haqqında olan  hekayəsi kimidir, yüksək mənəviyyat və son barışıq hekayəsi deyil.

Le Guin kimi mən də sona varmayan yaxşı hadisələrin dağıdıcı detalları tərəfdarıyam. Le Guin kimi mən də heç vaxt bitməyən yaxşı hekayələrin şıltaq, dağıdıcı detallarına sadiqəm. Yaxşı hekayələr  kökləri ilə zəngin keçmişə dayanır. Yaxşı hekayələr indiki yoğun, həcmli dövrləri dəstəkləmək və hekayənin sonradan gələnlər naminə davam etməsi üçün, kökləri ilə keçmişin zəngin zamanlarına söykənir. Emma Goldmandan əxz olunmuş, anarxist sevgisi ilə nifrəti analayışı qarışqalarla akasiyalar aləmində mahiyyət kəsb edir. Bu kompanyon-növlər çılğın təsvirləri təşviq edir: nərildəmələr, dişləmələr, balalar, oyunlar, iyləmə və s. Simbiogenez hər hansı yaxşılığa sinonim deyil, cavabdehlik qabiliyyətində başqaları ilə olmaq sinonimidir. 

Nəhayət ki, çox da vaxtında simpoezis genişlənərək, bütün digər özünü formalaşdıran (formalaşdırılan) və özünü təmin edən (etdirilən ) xəyali sistemlərlə birlikdə autopoezisi əvəz edir. Simpoezis —miras qalmış zərər ilə qarışıqlıq içində qalmaq və mümkün bərpa haqqında hekayələrə hələ də əlavə oluna bilən, kolonial və postkolonial təbiət-mədəniyyət hadisələrinin nailiyyətləri  üçün lazım olan bir qoşqu vasitəsi kimi  davam etmə çantasıdır. Lu Guinin, hətta öz heyvan dəriləri ilə məhdud olan terolinqvistləri bu dəhşətli və ilhamverici imkanları görmüşdülər: «Onlarla birlikdə və ya az sonra ora daha iti ağıllı tədqiqatçı, əsil macəra axtaran — birinci geolinqvist gələcək və dəmirovun incə, lakin qısa ömürlü poeziyasına xüsusi fikir vermədən, daha az kommunikativ, daha çox passiv, təmamilə zamansız, soyuq, vulkanik dağ şeirlərini oxuyacaq. Bu şeirlərdəki hər bir qaya — Kainatda —özü kimi sonsuz sayda ulduzlar arasında və sonsuz tənhalıqda üzən Yer tərəfindən Allahın bildiyi vaxt söylədiyi yeganə bir sözdür». Kommunikativ və qoca lal qadın öz çantası ilə Terradakı «Yer toxumu» icmalarında və bütün zamanməkanlarda peyda olacaq. Materiya, ana.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *