Çəhrayı və Mavi Cins

Doğulandan cəmiyyət bizə gender rollarını əşyalar, rənglər və gündəlik davranış qaydaları üzərindən yükləyir. Məsələn, qızlara daha çox çəhrayı və sakit rənglərdə olan paltarlar, kuklalar yumşaq oyuncaqlar alındığı vaxt, oğlanlara güc və ciddiliyi ehtiva edən mavi və göy paltarlar geyindirilir və maşın, avtomat kimi oyuncaqlar alınır. Böyüdükcə paltar və oyuncaqların yerini cəmiyyət tərəfindən diktə olunan davranış və görünüş qaydaları alır. Nəticədə biz dünyaya gəlməzdən öncə bizim üçün qurulmuş genderin çərçivələri içərisində yaşamalı oluruq və bu çərçivələrdən kənara çıxmaq kifayət qədər ağrılı və cəsarət tələb edən prosesdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *