Bauhausun Qadınları

2019-cu il, incəsənət, memarlıq və dizayn sahəsində XX əsrin ən inqilabi məktəbi sayılan Bauhaus 100 illiyini qeyd edir. Sadalanan sahələrə olan böyük töhfələri ilə yanaşı, 1919-cu ildə Almaniyanın Weimar şəhərində əsası qoyulan bu məktəb qadınlara ilk dəfə incəsənət təhsili almaq hüququ verməsi və təhsildə genderlər arasında fərq qoymaması ilə tanınır.  Həmin ilədək incəsənət təhsillərini evdə almış qadınlar ölkənin hər yerindən istədikləri sahədə təhsil almaq və azadlıqlarını əldə etmək üçün bu məktəbə gəlirlər. Arxivdən olan fotolar Bauhaus qadınlarının azad və bohem həyat tərizini əks etdirsə də reallıq bir qədər fərqlidir. Tarixi mənbələr bunu göstərir ki, Bauhaus qadınlara qarşı həmişə ədalətli olmayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *